Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-549/2023 03.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1996-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş oğlu X2 05 aprel 1997-ci ildə Şamaxı rayon, Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 01 fevral 1995-ci ildə rəsmi nikahla ailə qurmuş, onların birgə nikahlarından 02 may 1996-cı il təvəllüdlü X6 anadan olmuşdur. Mehman 05 aprel 1997-ci ildə sətəlcəm olmuş, həkimlərin cəhdinə baxmayaraq o, bu xəstəlikdən ölmüşdür. O, Şamaxı rayonu, Quşçu kənd qəbirsanlığında dəfn olunmuşdur. Dəfn mərasimində qonşular, qohumlar iştirak etmişlər. Bunu təsdiq edən şahidləri də var. Mehmanın vəfatı barədə şəhadətnamə alınması üçün müraciət etmişlər. Uzun illər keçdiyindən bunu məhkəmədən kənar etmək mümükün deyil. Çünki aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət etdi, ona rəsmi cavab verdilər ki, X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 15 fevral 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi həmkəndlisidir. Eşidib ki, övladı rəhmətə gedib, yasda iştirak edib. Quşçu kənd qəbirsanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, ərizəçi həmkəndlisidir. Ərizəçinin oğlunun nə səbəbdən rəhmətə getdiyini bilmir, ancaq yasda iştirak edib. Quşçu kənd qəbirsanlığında dəfn olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2023-cü il tarixli 3-16-5/8-69-195/2023 saylı arayışdan görünür ki, X6 02 may 1996-cı il tarixdə Şamaxı rayon, Quşçu kəndində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Maraqlı şəxs 15 fevral 2023-cü il tarixli 3-165/8-15-152/2023 saylı arayışdan görünür ki, X6 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-X-331-41-316/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, 02 may 1996-cı il təvəllüdlü X6 xx.xx.1997ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 oğlu X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1997-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 may 1996-cı il tarixdə anadan olmuş X2 05 aprel 1997-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-549/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-549/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver