Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-590/2024 30.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X20 Murtuza oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1908-ci il tarixdə Hacıqabul rayonu, Padar kəndində anadan olmuş, qayınatası X4 xx.xx.1971-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Mərhum qayınatası X10 xx.xx.1908-ci il tarixdə Hacıqabul rayonu, Padar kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhum qayınatası X10 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. Vəfat edərkən, bir neçə yaxın qohumları və qonşuları şahid olmuşdur. Mərhum qayınatası X10 vəfat etdikdən sonra, adət-ənənəyə uyğun olaraq, Şamaxı şəhərində yerləşən məzarlıqda dəfn edilmişdir. Dəfndən sonra isə, ünvan 1 ünvanında yas mərasimi keçirilmişdir. Mərhum qayınatası X10 barəsində ölüm haqqında şəhadətnamə zərurət olmadığından alınmamışdır. Ölüm haqqında şəhadətnaməni almaq üçün müvafiq orqana müraciət etdikləri zaman bildirilib ki, şəxsin ölümü barədə məlumat ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Lakin müxtəlif üzrlü səbəblərdən vəfat edən qayınatası barəsində müvafiq şəhadətnaməni ala bilməyiblər. Hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanı mərhum qayınatası X5 aiddir. Şamaxı Rayon Məhkəməsinə mirasın qəbul edilməsi üçün müraciət etdikdə, iddiaçıdan mərhum qayınatasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə olmadığından, mirasın qəbulu müəyyən edilmir. Hesab edir ki, hüquqi əhəmiyyətli fakt olmaqla, qayınatası müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X3 “ölüm faktının müəyyən edilməsi” barədə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 ifadələrində bildirdilər ki, onlar Ərizəçi qonşuluğunda yaşayırlar. Ərizəçinin qayınatası Həmid Niftəliyev 70-ci illərin əvvəlində vəfat etmiş və onlar dəfndə və yas mərasimində iştirak etmişdirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 arasında nikah xx.xx.1974-cü il tarixdə Şamaxı rayon VVAQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 noyabr 1974cü il tarixdə 118 nömrəi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Niftəliyev”, arvada “Niftəliyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 iyul 1950-ci il tarixdə doğulmuş, atası X10, anası X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-72/2-N-187-41-350/2024 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X19 arayışından görünür ki, 1908-ci il təvəllüdlü X10 xx.xx.1971 tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3168/8-15-119/24 saylı arayışdan görünür ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 09 fevral 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qayınatası X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1971ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1908-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş X4 xx.xx.1971-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-590/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-590/2024
30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver