Məhkəmə qərarları › İş №2(074)-591/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-591/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-591/2025 15.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “ölüm faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2024-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 01 fevral 2025-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 29 oktyabr 2024-cü ildə Şamaxı şəhərində anadan olmuş, 01 fevral 2025-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində vəfat etmişdir. Onu Şamaxı rayonu Quşçu kənd qəbirstanlığında dəfn etmişlər. Başı yasa qarışdığından və qanunları bilmədiyindən, vaxtında uşağın ölümü barədə şəhadətnamə almamışdır. Səmanın dəfnində yaxınları və qonşuları iştirak etmişlər. Bu faktı təsdiq edən sənədlər və şahidlər var. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur, həqiqətən də, Elnarənin Səma adlı övladı 01 fevral 2025-ci ildə Şamaxı rayonu Quşçu kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının qızıdır. Elnarənin qızı Səma körpə ikən vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, atası X3 və anası Ərizəçidır. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş arayışda göstərilir ki, xx.xx.2024-cü il təvəllüdlü X2 adına Şamaxı RMX-na müraciət olunmadığından, həmin şəxsə aid ölüm haqqında tibbi şəhadətnamə verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli Maraqlı şəxs arayışında göstərilir ki, X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 29 oktyabr 2024-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 01 fevral 2025-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 29 oktyabr 2024-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 01 fevral 2025-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar