Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-610/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Alşanov Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Alşanov Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02557 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02557 saylı barışıq sazişinə əsasən, digər tərəf - Alşanov Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü Alşanova Aylin Maraqlı şəxs qızının saxlanması üçün, müəyyən olunmuş 90 manat sabit pul məbləğində alimenti artıraraq, 140 manat olmaqla, hər ayın sonuncu günündən gec olmayaraq, ona ödəmək barədə öhdəlik götürmüşdür. Barışıq sazişinin bağlanmasından 2 ay ötmüş, lakin Maraqlı şəxs Alşanov öhdəliyinə əməl etmir, alimenti ödəmir. Hesab edir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Alşanov Maraqlı şəxs maddi imkanının olmaması səbəbindən, Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin şərtlərinə əməl etmədiyini göstərərək, barışıq sazişinin təsdiq olunması barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı X1 Ləman Məzahir qızı ilə Alşanov Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2023/02557 nömrəli barışıq sazişinin şərtinə əsasən, mediasiya prosesində hər iki tərəf razılığa gəldi ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Alşanova Aylin Maraqlı şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-1509/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 90 (doxsan) manat alimentin miqdarı artırılaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Alşanov Maraqlı şəxs 140 (bir yüz qırx) manat pulu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)- 1509/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Alşanova (İsrafilova) Ləman Məzahir qızının cavabdeh Alşanov Maraqlı şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Alşanova (İsrafilova) Ləman Məzahir qızı ilə cavabdeh Alşanov Maraqlı şəxs arasında xx.xx.2012-ci ildə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 201 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Alşanova Aylin Maraqlı şəxs qızının anası Alşanova (İsrafilova) Ləman Məzahir qızının yanında qalması, cavabdeh Alşanov Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü Alşanova Aylin Maraqlı şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 90 manat sabit pul məbləğində alimentin alınıb, iddiaçı Alşanova (İsrafilova) Ləman Məzahir qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, hazırki iş üzrə maraqlı şəxs Alşanov Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Alşanov Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı X1 Ləman Məzahir qızı ilə Alşanov Maraqlı şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2023/02557 nömrəli barışıq sazişi təsdiq edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Alşanova Aylin Maraqlı şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-1509/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 90 (doxsan) manat alimentin miqdarı artırılaraq, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Alşanov Maraqlı şəxs 140 (bir yüz qırx) manat alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür. Dövlət rüsumu olaraq Alşanov Maraqlı şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-610/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-610/2024
07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver