Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-613/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00456 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00456 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 2024-cü ilin mart ayından başlayaraq, hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişi bağlanandan sonra Bəhlul bildirmişdir ki, bu alimenti o, imkanı olanda ödəyəcəkdir. Deməsindən belə başa düşür ki, keyfi istəyəndə ödəyəcək, istəməyəndə ödəməyəcək. Bu isə onu qane etmir. Odur ki, barışıq sazişinin məhkəmədə təsdiq edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verib bildirdi ki, mediasiya prosesində ərizəçi ilə alimentlə bağlı razılıq əldə olunmuşdur. O, hələ saziş bağlanmamışdan da hər ay maaş aldıqdan sonra aliment ödəmişdir. Bundan sonra da alimenti ödəməyə davam edəcəkdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində baş tutacaq məhkəmə iclasında himayəsində azyaşlı övladları olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00456 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 alimenti ilə bağlı razılığa gəlmişlər. Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024cü ilin mart ayından başlayaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimenti anaları Ərizəçi ödəmək barədə öhdəlik götürür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə məhkəmədə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 355-23.1-ci maddəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında proses iştirakçısının izahatlarından eyni zamanda iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesində barışıq sazişi imzalanmasına və tərəflərin alimentin 2024-cü ilin mart ayından başalayaraq ödənilməsinə dair razılıq əldə etmələrinə baxmayaraq, Ərizəçi elə həmin gün yəni xx.xx.2024-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçiya izah edir ki, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqa o, Azərbaycan Respublikasının Mülki Prosesual qanunvericiliyinin tələblərinə uyğun olaraq mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-613/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-613/2024
07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver