Məhkəmə qərarları › İş №2(074)-615/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-615/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-615/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş X2nun 01 fevral 2008-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri-X2 ilə, anası Səməngül Qələndərova 1970-ci ildə ailə qurmuşlar. X2 01.02.2008-ci ildə vəfat etmişdir. Başı yas ərəfəsində yasa qarışdığından, həm də ki, ondan sonrakı ərəfələrdə də, savadsızlığından atasının ölüm kağızını almamışlar. Atası Şamaxı rayonu, Mədrəsə qəsəbəsində vəfat etmiş və elə orada yerləşən Mədrəsə qəbristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimində yaxınları, tanışları və qonşuları iştirak etmişlər. Hazırda müəyyən sənədləşmə işləri ilə bağlı atasının ölüm kağızı lazım olduğundan, həmin sənədi məhkəmədən kənar başqa qaydada əldə etmək də, mümkün deyil. Hətta bu səbəbdən də, atasının ölüm şəhadətnaməsini əldə etmək üçün Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan ona arayış verərək arayışda qeyd edilmişdir ki, “X3 ölümü haqqında akt qeydi 2005-2011-ci illər Şamaxı rayon Mədrəsə qəsəbə icra nümayəndəliyi üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmadı”. Bununla da ona yalnız həmin şəxsin ölüm faktının məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda onun ölümünün qeydə alına biləcəyi izah edilmişdir. Hazırda istər sosial xidmət sahəsində, istərsə də hər bir hansı bir rəsmi qurumlarda sənədləşmə işi üçün müraciət edən zaman mərhum atasının ölüm şəhadətnaməsini tələb edirlər. Məhkəmə araşdırması zamanı atasının yas mərasimində və dəfnində iştirak edən şəxsləri şahid qismində məhkəməyə təqdim edilməsini təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Belə ki, o, atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. X2 01 fevral 2008-ci il tarixdə ölan zaman təcili tibbi yardım çağırmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə işlərinin aparılması üçün zəruridir. Atasının 01 fevral 2008-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində ölməsi faktını şahidlər də təsdiq edirlər. Buna görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi və onun atası X1nu tanıyır. Onlar qonşudurlar. Ərizəçinin X2 2008-ci ildə ölmüş və Şamaxı rayonu Mədrəsə qəsəbəsində dəfn olunmuşdur. O, X1nun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun bacısının həyat yoldaşıdır. O, özü 1989-cu ildən bəri Şamaxı rayonu Mədrəsə qəsəbəsində yaşayır. X1 digər oğlu ilə yaşayırdı. O, 01 fevral 2008-ci ildə ölmüşdür. O, özü X1nun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 600838 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. X2, anası Səməngül Qələndərovadır. İş materiallarında olan Şamaxı rayonu İHB-nin Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.03.2021-ci il tarixli 11 saylı arayışından görünür ki, X5 01.02.2008-ci ildə Şamaxı rayonu Mədrəsə qəsəbəsində vəfat etmiş və Mədrəsə qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 17.04.2021-ci il tarixli № 05/Q-280/69 saylı arayışından görünür ki, X3 ölüm haqqında akt qeydi 2005-2011-ci illər Şamaxı rayonu Mədrəsə qəsəbə icra nümayəndəliyi üzrə Şamaxı rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 1929-cu il təvəllüdlü X3 01.02.2008-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1929-cu il təvəllüdlü X3 01.02.2008-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. X10 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar