Məhkəmə qərarları › İş №2(074)-643/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-643/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-643/2023 24.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 mart 1986-cı il təvəllüdlü X3 03 mart 1987-ci ildə Şamaxı rayonu, Qaleybuğurd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı 23 mart 1986-cı il təvəllüdlü X7 03 mart 1987-ci ildə Şamaxı rayon, Qaleybuğurd kəndində vəfat etmiş və kənd qəbirsanlığında dəfn olunmuşdur. Onun doğum şəhadətnaməsini vaxtında ala bilməmişlər. Valideynləri də vəfat etmişlər. Hazırda vərəsəlik məsələləri ilə bağlı qardaşının doğum şəhadətnaməsi tələb olunur. Ona görə də, Maraqlı şəxsnə müraciət edib. Lakin ona bildiriblər ki, vaxtına onun ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyil və məhkəməyə müraciət etməlidir. Ona görə də, mərhum qardaşının ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, Ərizəçi onun qohumudur. O, Mehmanın ailəsini də yaxşı tanıyır. Onun qardaşı X4 ümumiyyətlə görməmişdir. Lakin öz valideynlərindən eşitdiklərinə görə Mehmanın qardaşı Əsgər kiçik yaşlarında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdilər ki, ərizəçini tanıyır. Onun qardaşı Əsgərin doğulduqdan bir neçə ay sonra dünyasını dəyişməsindən məlumatı var. Lakin həmin vaxtlar işləri ilə əlaqədar yasda iştirak edə bilməmişdir. Onda olan məlumata görə uşaq Şamaxı rayonu, Qaleybuğurd kənd qəbiristnlığında dəfn olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1987-cı il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan 18 mart 2023-cü il 3-16-5/8-69-269/2023 saylı arayışdan görünür ki, X2 ilə X11 arasındakı nikah 07 may 1985-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 may 1985-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdulmanafov”, arvada “Abdulmanafova” soyadı verilmişdir. İş materiallarında olan 11 aprel 2023-cü il 3-16-5/8-69-340/2023 saylı arayışdan görünür ki, X7 23 mart 1986-cı ildə Şamaxı şəhərində anadan olmuşdur.X1, anası isə X5r. İş materiallarında olan İİ-ЖГ №450342 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 03 oktyabr 1994-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ №340703 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 01 fevarl 1998-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 11 aprel 2023-cü il tarixli 3-165/8-15-399/2023 saylı arayışdan görünür ki, X7 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-A-333-41-317/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X18 arayışından görünür ki, 23 mart 1986-cı il təvəllüdlü X7 03 mart 1987-ci ildə tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 03 mart 1987-ci ildə tarixdə vəfat etmiş və Qaleybuğurd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1987-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 mart 1986-cı il tarixdə anadan olmuş X3 03 mart 1987-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar