Məhkəmə qərarları › İş №2(074)-645/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-645/2024

18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-645/2024 18.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01004 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs X3 ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, anası Ərizəçi yanında saxlanılması, hər ay uşağa görə 130 manat sabit pul məbləğində alimentin verilməsi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya prosesində xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023-01004 saylı barışıq sazişinin şərtlərinə əsasən, tərəflər razılığa gəlmişdirlər. Belə ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 130 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsinə X4 razılıq vermiş və bu barədə öhdəlik götürmüşdür. Lakin, maraqlı şəxs X4 qeyd edilən barışıq sazişinin icrasından heç bir əsas və səbəb olmadan imtina edir, barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT/030/2023- 01004 saylı barışıq sazişinin şərtlərinə görə, tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şamaxı Rayon Məhkəməsinin 2(074)-588/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 90 (doxsan) manat alimentin miqdarı artırılaraq, xx.xx.2023-cü il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, sazişdə tərəflərin birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 588/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 90 (doxsan) manat alimentin miqdarı artırılaraq, xx.xx.2023-cü il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Ərizəçi verilməsini öhdəsinə götürsə də, buna əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq olunsun. Tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şamaxı Rayon Məhkəməsinin 2(074)-588/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 90 (doxsan) manat alimentin miqdarı artırılaraq, xx.xx.2023-cü il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar