Məhkəmə qərarları › İş №2(074)-650/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-650/2023

07.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-650/2023 07.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi Niftalı qızının iştirakı ilə, Ərizəçi Niftalı qızının “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Niftalı qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş qızı X1 xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı vəfat edib və ərindən miras ev qalmışdır. Həmin mirasa vərəsəlik açdırmaq üçün, notariusa müraciət etmiş və uşaqların sənədlərini təqdim etmişdir. Həmin vaxt məlum olmuşdur ki, hələ 4 aylıq ikən vəfat etmiş qızı Aynurənin ölümü haqqında şəhadətnamə yoxdur. Maraqlı şəxsnə müraciət etmiş və ona bildirilmişdir ki, uşağın ölümü barədə tibbi şəhadətnamə və məhkəmə qərarı olmadığından, ölüm qeydiyyatının aparılması mümkün deyildir. Bu səbəbdən, məhkəməyə müraciət olunmalıdır. Qızı Aynurə xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş və hələ 4 ayında ikən, xx.xx.1979-cu il tarixdə evdə vəfat etmişdir. Onu Şamaxı şəhərində “Yeddi gümbəz” qəbirstanlığında dəfn etmişdirlər. Həmin vaxt heç ağıllarına da gəlməyib ki, uşağın ölümünü qeyd etdirsinlər. Sonra da, yadlarından çıxmışdır. Hazırda məhkəmə tərəfindən uşağın ölüm faktının müəyyən olunması barədə qərar qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi Niftalı qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 ifadələrində göstərdilər ki, qonşuları X2 ilə Ərizəçi Niftalı qızının birgə nikahından xx.xx.1979-cu il tarixdə Aynurə adlı övladları anadan olmuş və xx.xx.1979-cu il tarixdə həmin uşaq vəfat etmişdir. Uşağı Şamaxı şəhərində, “Yeddi gümbəz” qəbirstanlığında dəfn etmişdirlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-403/2023 saylı arayışdan görünür ki, X2 ilə Ərizəçi Niftalı qızının birgə nikahından xx.xx.1979-cu il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.1979-cu il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.1979cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə doğulmuş X1 xx.xx.1979-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar