Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-652/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamorava Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş və Russiyada vəfat etmiş və xx.xx.2020-cı ildə Şamaxı rayonu, "Yeddi Günbəz" qəbrsanlığında dəfn olunmuş, X8 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş X2 vəfat etmiş və Şamaxı şəhəri, "Yeddi Günbəz" adlanan qəbristanlığında xx.xx.2020-cı ildə dəfn olunmuşdur. X8 ölüm faktını müəyyən edən sənədlər olmamışdır. X8 ölüm haqqında şəhadətnaməsinin olmaması Azərbaycan Respublikası ərazisində müvafiq sənədlərin alınmasına maneçilik törədir. Şamaxı rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ N-003034 saylı xx.xx.2004-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 və X4 xx.xx.2004-cü ildə rəsmi qaydada ailə qurmuş və həmin nikahdan xx.xx.2005-ci il tarixdə X17 və xx.xx.2007-cı il tarixdə X14 anadan olmuşlar. Şamaxı şəhəri "Yeddi Günbəz" qəbiristanlığında qəbir daşından götürülmüş foto şəkildə görünür ki, X16 xx.xx.2020-cı il tarixdə vəfat etdiyi göstərilmişdir. X8 xx.xx.2020 il tarixdə ölməsi faktını X7 və X9 təsdiq edirlər və şahid qismində məhkəməyə dəvət ediləcəklər. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/q -4881/15 saylı, xx.xx.2022 tarixli məktubla X10 ölüm faktını müəyyən edən sənədlər olmadığı qeyd edilmiş və məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. X12 da tanıyır. Zahid xx.xx.2020-cı ildə ölmüş və Şamaxı rayonu "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi bibisidir. Zahid Həlimənin həyat yoldaşı olmuş, lakin münasibətləri çoxda yaxşı olmamışdır. Zahid 2020-ci ildə vəfat etmiş, Şamaxı rayonu "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan AZ-İ saylı nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X13 arasında nikah xx.xx.2004-cü ildə Şamaxı rayonu VVADQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 54 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarından olan İ-АЖ № 786460 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2005-ci ildə Rusiya Federasiyası, Buryatiya Respublikası, Biçurski rayonu, Biçura kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarından olan İ-АЖ № 673282 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə Rusiya Federasiyası, Buryatiya Respublikası, Biçurski rayonu, Biçura kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci ildə Rusiya Federasiyasında ölmüş X16 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X16 30 aprel 1983-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X6r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 29 saylı Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X16 2020-ci ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən "Yeddi Günbəz" adlanan məzarlıqda dəfn olunmuş və hal-hazırda məzarı mövcuddur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı X8 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 30 aprel 1983-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X8 22 sentyabr 2020-ci il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-652/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-652/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver