Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-658/2024 08.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə ərizəçi tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1925-ci ildə anadan olmuş atası X1 1957-ci ildə Şamaxı rayonu Qaleybuğurd kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəsatətlə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmadan, ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəçi tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, Ərizəçi ölüm faktının müəyyən oluması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması ilə bağlı müraciət etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 349, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Ərizəçi ölüm faktının müəyyən olunmasına dair ərizə və ona əlavə eilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsait Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-658/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-658/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver