Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-665/2025 04.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs rəisi X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 xx.xx.2024-cü ildə Şamaxı rayonu Şərədil kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.2024-cü il təvəllüdlü X8 xx.xx.2024-cü ildə Şamaxı rayonu, Şərədil kəndində vəfat etmiş və qəbirstanlıqda dəfn olunmuşdur. Vaxtında müraciət edə bilmədikləri üçün, ölüm şəhadətnaməsini ala bilməyiblər. Hazırda evin sənədlərini düzəltmək istəyirlər. Ona gorə də ölüm şəhadətnaməsi tələb olunur. Qeydiyyat Şöbəsi imtina etmiş və məhkəməyə müraciət etməklərini bildirmişdir. Bu səbəbdən də, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X3 izahat verərək bildirdi ki, Ərizəçi müraciəti əsasında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ərizəçinin qızı X4 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, ərizəçini tanıyır. Uşağın anası qızılca oldu, qızılca uşağa keçdi. Uşaq xəstə doğulmuşdu. Uşaq yuxuda keçinib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçini tanıyır. Onun yoldaşı qızılca idi. 2 aylıq uşaq idi. Anasından uşağa qızılca keçdi. Aprel ayında kənddə evdə rəhmətə gedib. Səs-küy eşidiblər. X16 çağırılıb-çağırılmamasını bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, uşağı 13 apreldə rəhmətə gedib. Axşam ağlayırdı. Səhər 6-da oyanıb görmüşdür ki, uşaq hərəkət etmir. Buna görə də həkim çağırmayıblar. Səhər həkimə aparacaqdı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X8, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan İV № 939222 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 fevral 2024-cü ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası isə X6r. İş materiallarında olan Meysəri Bələdiyyəsinin 09 may 2024-cü il tarixli, 10 saylı arayışından görünür ki, 07 fevral 2024-cü ildə anadan olmuş X8 həqiqətən 13 aprel 2024-cü ildə vəfat etmişdir. Mərhum Şamaxı rayon Şərədil kənd qəbirstanlığında dəfn edilib. İş materiallarında olan Respublika TTTYM PHŞ-nin Şamaxı TTTY bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü ildə anadan olmuş X1 pisləşməsi ilə əlaqədar olaraq Şamaxı TTTY bölməsinə müraciət daxil olmamışdır və çağırış üzrə qeydiyyat kitabında belə bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 13 aprel 2024-cü il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 fevral 2024-cü ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş X4 13 aprel 2024-cü il tarixdə Şamaxı rayonu, Şərədil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-665/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-665/2025
04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver