Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-670/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş atası Babaşov Yengibar Alabbas oğlunun xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatdadır. Faktiki olaraq Mirikənd kəndində yaşayır. Atası Babaşov Yengibar Alabbas oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ondan ev, torpaq sahəsi miras qalmışdır. Miras əmlaka vərəsəlik açılmalıdır. Lakin, atasının ölümü barədə qeydiyyat aparılmadığından vərəsəlik açılması mümkün deyildir. Onun ölüm qeydiyyatının aparılması üçün Maraqlı şəxsnə müraciət etmişlər. Bildirmişlər ki, tibbi şəhadətnamə və ya atasının ölümü barədə məhkəmə qərarı olmadığından, hazırda atasının ölüm qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən olunması üşün məhkəməyə müraciət olunmalıdır. Atası Babaşov Yengibar Alabbas oğlu xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində doğulmuşdur, onkoloji xəstə idi. Ömrünün axırına kimi Qaravəlli kəndində yaşamış, xx.xx.2018-ci il tarixdə həmin kənddə vəfat etmiş və Qaravəlli kənd qəbrstanlığıda dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular və kənd camaatı iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, atası Babaşov Yengibar Alabbas oğlu həqiqətən də xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində vəfat etmişdir. Əvvəllər yasa başı qarışmış, sonradan da onun ölümünü qeyd etdirmək yadından çıxmışdır. Hazırda da həmin sənədi başqa yolla almaq mümkün deyildir. Yalnız məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 ifadələrində göstərdilər ki, xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş ərizəçinin atası Babaşov Yengibar Alabbas oğlu həqiqətən də, xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində ölmüşdür. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşova Güleynaz Yengibar qızı xx.xx.1989-cu il tarixdə doğulmuş, atası Babaşov Yengibar Alabbas oğlu, anası Babaşova Gülnarə Fərzalı qızıdır. İş materiallarında olan Şamaxı rayon Mirikənd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 saylı arayışından görünür ki, Ərizəçi atası Babaşov X1 bələdiyyəsinin Qaravəlli kənd qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1957-ci il təvəllüdlü Babaşov Yengibar Alabbas oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Babaşov Yengibar Alabbas oğlunun ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1957-ci il təvəllüdlü Babaşov Yengibar Alabbas oğlunun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Babaşov Yengibar Alabbas oğlunun xx.xx.2018-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş Babaşov Yengibar Alabbas oğlunun xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-670/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-670/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver