Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-673/2023 10.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1977-ci il təvəllüdlü X2 20 may 1978-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 06 sentyabr 1977-ci il təvəllüdlü X5 20 may 1978-ci il tarixdə vəfat etmiş və qəbirsanlıqda dəfn olunmuşdur. Onun doğum şəhadətnaməsini vaxtında ala bilməmişlər. Həyat yoldaşı da, vəfat etmişdir. Hazırda vərəsəlik məsələləri ilə bağlı mərhum oğlunun doğum şəhadətnaməsi tələb olunur. Ona görə də, Maraqlı şəxsnə müraciət edib. Lakin ona bildiriblər ki, vaxtına onun ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət etməlidir. Ona görə də mərhum oğlunun ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin oğlu X5 8 aylıq olarkən qızılca xəstəliyindən rəhmətə gedib. Çuxanlı kəndində dəfn olunub. O, yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, əriəçinin qonşusudur. Ərizəçinin övladlarını tanıyır. Ərizəçinin həyat yoldaşı bu il vəfat edib. 1978-ci ildə oğlunu itirib. Onun mərhum oğlu X5 qızılca xəstəliyi səbəbindən vəfat edib. Cavabdehin mərhum övladı Şamaxı rayonunun Çuxanlı kənində dəfn olunub. Yasda iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X8 arasındakı nikah xx.xx.1967-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Maqsudov” arvada “Maqsudova” soyadı verilmişdir. İş materiallarında olan V-ЖГ №332792 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 06 sentyabr 1977-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİ № 256258 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 16 mart 2023-cü il tarixli 3-165/8-71-15-300/2023 saylı arayışdan görünür ki, X5 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-M-28-41-161/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X14 arayışından görünür ki, 06 sentyabr 1977-ci il təvəllüdlü X5 xx.xx.1978-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1978-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 sentyabr 1977-ci il tarixdə anadan olmuş X2 20 may 1978-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-673/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-673/2023
10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver