Məhkəmə qərarları › İş №2(074)-704/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-704/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-704/2025 20.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1937-ci ildə Şamaxı rayonunda anadan olmuş X1 19 yanvar 2025-ci ildə Şamaxı rayonu, Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X2 19 yanvar 2025-ci ildə Şamaxı rayonu Quşçu kəndində vəfat etmişdir. Vaxtında müraciət edə bilmədiyi üçün, ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Hazırda evinin sənədlərini toplamaq istəyir, lakin bunun üçün anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Qeydiyyat şöbəsi imtina etmiş və məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi onun bibisinin qızıdır, bibisi Şüşə Əmənullayeva 19 yanvar 2025-ci il tarixdə vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, Dilşadın anası Şüşə Əmənullayeva 19 yanvar 2025-ci il tarixdə vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 1937-ci ildə Şamaxı rayonu Quşçu kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3163/8-15-133/2025 saylı Maraqlı şəxs arayışından görünür ki, X1 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18-1- 72/2-Ə-197-41-327/2025 saylı arayışında göstərilir ki, ərizəçinin anası 1937-ci il təvəllüdlü X2 qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı Rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, X2 19 yanvar 2025-ci il tarixdə vəfat etmiş, mərhum Şamaxı rayonu Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi anasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1937-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X1 19 yanvar 2025-ci ildə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 1937-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X1 19 yanvar 2025-ci ildə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar