Məhkəmə qərarları › İş №2(074)-714/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-714/2024

06.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-714/2024 06.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında onunla X2 arasında bağlanmış MŞS/MT030/2023/02088 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına tabe mediator X5 MŞS/MT030/2023/02088 saylı barışıq sazişi ilə onunla maraqlı tərəf arasındakı barışıq sazişini təsdiq etmişdir. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşınaa çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Ərizəçi da buna razıdır. Barışıq sazişindən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs öhdəliyə əməl etmir. Alimenti ödəmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Ağahəmind oğlu barışıq sazişinin təsdiq olunması barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı X1 Vüsalə Nəsrəddin qızı ilə X2 arasında bağlanmış MŞS/MT030/2023/02088 nömrəli barışıq sazişinə göstərilir ki, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına razıdırlar, Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə ayda bir dəfə həftənin şənbə və bazar günü saat 09:00-dan, 21:00-dək məhtudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-ci il noyabr ayından başlayaraq hər ay 170 (yüz yetmişi) manat sabit pul məbləğində almenti (hər ayın sonuncu günüdən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhtəlik götürür. İş materiallarında olan 28 dekabr 2023-cü il tarilxi 2()74)-1267/2023 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2014-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 102 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı X1 Vüsalə Nəsrəddin qızı ilə X2 arasında bağlanmış MŞS/MT030/2023/02088 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı X1 Vüsalə Nəsrəddin qızı ilə X2 arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2023/02088 nömrəli barışıq sazişi təsdiq edilsin: Tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmasına razıdırlar; Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə ayda bir dəfə həftənin şənbə və bazar günü saat 09:00-dan 21:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, 2023-cü il noyabr ayından başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar