Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-727/2024 04.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərərk, xx.xx.1959-cu ildə Şamaxı rayonunda doğulmuş X3 24 oktyabr 2019-cu ildə Şamaxı rayonunun Əhmədli kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2019-ci il tarixdə bacısı X5 vəfat etmişdir. Lakin bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə onun üçün ölüm haqda şəhadətnamə ala bilməmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hjquqi Şəxsindən 14 mart 2024-cü il tarixdə verilmiş arayışdan görünür k xx.xx.1959-cı il təvəllüdlü bacısı X5 xx.xx.2019-cu il tarixd rəhmətə getmiş, lakin bu barədə Şamaxı RMX-ya müraciət edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin Xəstəxana tərəfindən verilməsi mümkün olmamışdır. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Hacılı kənd İcra nümaəyndəliyi tərəfindən imzalanıb möhürlənməklə verilmiş akdan görüür ki, Quşçu kənd icra nümayəndəliyinin akt təsdiq etmişlər ki, Şamaxı Rayon Əhmədli kənd sakini şəxsiyyət vəsiqəsi AZE № 16032110 olan Əslanova İzəi kamal qızi xx.xx.2019-cu ii tarixdə vəfat etrniş həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxsndən verillmiş xx.xx.2024-cü il tarixili, 3-16-5/8-15-362/2024 saylı cavab məktubunda yazılmışdır ki, xx.xx.2019-cu ildə Şamaxı Rayonunda vəfat etmiş bacısı X3 ölüm faktı qeydə alınmamışdır. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixinədək ölüm aktı aşkarlanmamışdır. Maraqlı şəxs bildirmişdir ki. ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında təsdiq cıunur və bu görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 ifadələrində bildirdilər ki, onlar Ərizəçi ilə qonşudurlar, ərizəçinin bacısı X5 xx.xx.2019-cu ildə Şamaxı rayonu, Əhmədli kəndində vəfat etmiş və onlar dəfndə və yas mərasimində iştirak etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olanMaraqlı şəxs 14 mart 2024-cü il tarixli 3-16-5/8-15-3620/2024 saylı məktubundan görünür ki, X3 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14 mart 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 14 mart 2024-cü il tarixli “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X7 arayışından görünür ki, 25 avqust 1956-cı il təvəllüdlü X5 24 oktyabr 2019-cu il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət olunmadığından ona ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. İş materiallarında olan Şamaxı RİHB-nın Hacılı kənd İƏD-si üzrə nümayəndəliyində 11 mart 2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Əhmədli kənd sakini X5 24 oktyabr 2019-cu il tarixdə yaşadığı Əhmədli kəndində vəfat etmiş və Əhmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2019-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə Şamaxı rayonunda doğulmuş X3 24 oktyabr 2019-cu ildə Şamaxı rayonunun Əhmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-727/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-727/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver