Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-730/2024 13.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş qızı - X3 07 avqust 2008-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü Nadir, xx.xx.2003-cü il təvəllüdlü Səbinə və xx.xx.2010-cu il təvəllüdlü Arzu adlı uşaqları doğulmuşdur. xx.xx.2003-cü il təvəllüdlü Səbinə anadangəlmə xəstə doğulmuş və bu xəstəliyi nəticəsində o, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onu Şamaxı rayonunda olan qəbirstanlıqda dəfn etmişdirlər. Qızı Səbinənin ölümündən sonra sarsıntı keçirtdiyindən və ölüm haqqında şəhadətnaməni hansı qaydada əldə etməyi bilmədiyindən, ona aid ölüm haqqında şəhadətnaməni qanunla müəyyən edilmiş vaxtda rayon qeydiyyat şöbəsindən almamışlar. Qızının dəfnində və yas mərasimində yaxınları, tanışları və qohumları iştirak etmişdirlər. Hazırda müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı, qızının ölüm haqqında şəhadətnaməsini əldə etməkdən ötrü, aidiyyəti təşkilatlara müraciət etsə də, ölüm haqqında şəhadətnaməni məhkəmədənkənar başqa qaydada əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan, işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X6 ifadəsində göstərdilər ki, Ərizəçi onların qohumudur, həqiqətən Elşənin təxminən 5 yaşlı Səbinə adlı qızı 2008-ci ildə xəstəlikdən vəfat etmiş və onlar, dəfn və yas mərasimlərində iştirak etmişdirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 16 mart 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X4 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 28 mart 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X4 ölüm haqqında tibbi şəhadətnaməsinin alınması ilə bağlı Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli məktubundan görünr ki, 12 avqust 2003-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 12 avqust 2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş X3 07 avqust 2008-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 12 avqust 2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş X3 07 avqust 2008-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-730/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-730/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver