Məhkəmə qərarları › İş №2(074)-731/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-731/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-731/2021 14.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1935-ci ildə Ermənistan SSR Kalinin rayonu İlməzli kəndində anadan olmuş X4nun 04 dekabr 1975-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun anası X10 07 iyun 2020-ci il tarixdə Mədrəsə qəsəbəsində vəfat etmişdir. Ondan miras torpaq sahəsi qalmışdır. O, həmin torpağ üzərində vərəsəlik hüququ almaq istəyir. Lakin bunun üçün X4nun da ölüm şəhadətnaməsi tələb olunur. Hal-hazırda həmin şəhadətnamə yoxdur. Onlar Ermənistan SSR Kalinin rayonu İlməzli kəndində yaşamışlar. 1989-cu ildə məlum hadisələrlə bağlı Ermənistandan köçüb, Azərbaycana gəlmiş və Şamaxı rayonu Mədrəsə qəsəbəsində məskunlaşmışlar. Oradan gələndə evdə olan bütün sənədlərini gətirsələr də, ölüm şəhadətnaməsi isə bu sənədlərin içərisində yoxdur. Yəqin ki, alınmamışdır. O, Şamaxı rayon Qeydiyyat şöbəsinə də müraciət etmiş, oradan da atasının ölümünə dair hər hansı bir qeyd aşkarlanmamışdır. Ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X4 1975-ci ilin dekabr ayında öz avtromaşını ilə Gürcüstana getmiş, 04 dekabr 1975-ci il tarixdə Zestofani rayonu İlemi kəndindən keçən mərkəzi yolda avtonəqliyyat qəzasına düşərək, hadisə yerində vəfat etmişdir. Atasının nəşi öz kəndlərinə gətirilmiş və İlməzli kənd qəbristanlığında dəfn edilmişdi. Bunu şahidlər və Zestofani rayon DİŞ tərəfindən verilmiş arayış da təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Belə ki, o, torpağ üzərində vərəsəlik hüququ almaq istəyir. Atasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə işlərinin aparılması üçün zəruridir. Atasının 04 dekabr 1975-ci il tarixdə Zestofani rayonu İlemi kəndindən keçən mərkəzi yolda avtonəqliyyat qəzasına düşərək, hadisə yerində ölməsi faktını şahidlər də təsdiq edirlər. Buna görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi və onun atası mərhum X12 tanıyır. Ərizəçinin atası X2 Respublikasında avtonəqliyyat qəzasına düşmüşdür. Kalinin rayonunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. X4 avtonəqliyyat qəzasında dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi X4 onun əmisi oğludur. Mərhum 1975-ci ildə dünyasını dəyişmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 699465 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan № 588227 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 1935-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX-0159436 saylı çıxarışından görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində 1,496 ha kənd təsərrüfatı təyinatlı torpaq Ərizəçi, Bayramov Rəşad, Bayramova Münəvvər, X13, X10 və X7 paylı mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ № 027402 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07.06.2020-ci il tarixində ölmüş, ölüm haqqında akt qeydləri kitabında 09.06.2020-ci il tarixdə № 01 ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayonu, Mədrəsə qəsəbəsində Ərizəçi iştirakı ilə şahidlər X3, X5 və X8 arasında imzalanan 19 may 2021-ci il tarixli aktdan görünür ki, şahidlər mərhum X12 yaxşı tanımış, Ermənistan Respublikası, Kalinin rayonu, İlməzli kəndində bir yerdə yaşamışlar. Mərhum 1975-ci ildə öz avtomaşını ilə Gürcüstanda avtonəqliyyat qəzasına düşmüş və hadisə yerində vəfat etmişdir. Nəşi İlməzli kəndində dəfn olunmuşdur. Şahidlər hadisənin doğruluğunu imzaları ilə təsdiq edirlər. İş materiallarında olan Gürcüstan SSR DİN Zestafoni rayon Deputatları Sovetinin İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsinin 11.12.1975-ci il tarixli № 39/33-1-1020 saylı arayışından görünür ki, Bayramov Hümbət X1 məxsus 04 dekabr 1975-ci ildə Zestafoni rayon İlemi kəndindən keçən mərkəzi yolda avtonəqliyyat qəzasına düşmüş dövlət nömrə nişanı № 98-54-ARX olan QAZ-69 markalı avtomaşının Şorapani avtomobil müfəttişliyi postundan Tsxakaiaya aparmaq hüququ verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 08.05.2021-ci il tarixli № 05/Q-447/15 saylı saylı məktubundan görünür ki, qeydiyyat şöbəsi tərəfindən Ərizəçi 07.12.1975-ci il tarixdə ölmüş X4nun ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxıldığı, ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu və ya bu sənəd olmadıqda isə ölüm faktının məhkəmə qaydasında təsdiq ediməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 1935-cu il təvəllüdlü X9 04.12.1975-ci il tarixdə ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1935-cu il təvəllüdlü X9 04.12.1975-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X18 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar