Məhkəmə qərarları › İş №2(074)-731/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-731/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-731/2025 01.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Nuraliyeva (Əzməmmədova) Nuranə Bəbir qızı və Maraqlı şəxs iştirakı ilə, Nuraliyeva (Əzməmmədova) Nuranə Bəbir qızının “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Nuraliyeva (Əzməmmədova) Nuranə Bəbir qızı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01663 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01663 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs ilə birgə nikahdan olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi onun himayəsində saxlanması, birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment verməyi öhdəsinə götürmüşdür. Aralarında olan nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1322/2024 saylı qətnaməsi ilə ləğv edilmişdir. Lakin, barışıq sazişi bağlanmasına baxmayaraq, Maraqlı şəxs son 3 ayda ona aliment ödəməkdən imtina edir və barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Məhkəmə iclasında ərizəçi Nuraliyeva (Əzməmmədova) Nuranə Bəbir qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iclasında Maraqlı şəxs “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01663 saylı barışıq sazişində göstərilir ki, mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, 2024-cü ilin avqust ayından başlayaraq, hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödəmək barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, 2024-cü il avqust ayından başlayaraq, hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödəməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01663 saylı barışıq sazişi təqsiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01663 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəlüdllü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, 2024-cü ilin avqust ayından başlayaraq, hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödəmək barədə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar