Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-733/2024 11.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 1967-ci ildə Şamaxı rayonu Göylər kəndində doğulmuş X2 15 dekabr 1967-ci ildə Şamaxı rayonu Göylər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayır. Onun 02 oktyabr 1967-ci ildə Şamaxı rayonu Göylər kəndində Yasəmən adlı qızı doğulmuş və ona 13 oktyabr 1967-ci ildə Şamaxı rayonu Göylər kənd icra nümayəndəliyi tərəfindən 172 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Lakin Yasəmən hələ körpə ikən, yəni 26 dekabr 1967-ci ildə vəfat etmişdir. Yasəmənin anası o, atası isə X4r. Yasəmənə ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bildirmişlər ki, X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomaştlaşdınlmış qeydiyyat informasiya sistemində 16 mart 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsə müraciət etmiş, onlar da arayış verib bildirdilər ki, Şamaxı RMX-da 1967-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məlum deyil. Yasəmənə ölüm şəhadətnaməsi almaq üçün heç bir yerə müraciət etməmişlər. Yasəmənin dəfnində qohumlar, qonşular iştirak etmişlər. Onu Şamaxı rayonu Göylər kənd qəbirstanhğmda dəfn etmişlər. Bu barədə şahidlik aktı da tərtib olunmuşdur. Zərurət yaranarsa onlar məhkəmədə də iştirak edə bilərlər. Məhkəmə iclasında Ərizəçi namyəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusdur, həqiqətən onun Yasəmən adlı qızı körpə ikən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusdur, həqiqətən onun Yasəmən adlı qızı 2-3 aylıq körpə ikən vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 16 mart 2024-cü il tarixli 3-16-5/8-69- 208/2024 saylı arayışından görünür ki, X7 02 oktyabr 1967-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 16 mart 2024-cü il tarixli, 3-165/8-12-339/2024 saylı məktubunda göstərilir ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 29 mart 2024-cü il tarixli, 18-1-72/2-S-350-41-666/2024 saylı arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X7 15 dekabr 1967-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-da 1967-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi məlum deyil. İş materiallarında olan 21 fevral 2024-cü il tarixdə tərtib olunmuş aktda göstərilr ki, X15 və X8, Ərizəçi ilə qonşudurlar, onların 02 oktyabr 1967-ci il bir qızı doğulmuşdur. Qızın adı X7 olub, 26 dekabr 1967-ci ildə X5 vəfat etmiş və Göylər kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasınınm Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və Miqrasiya idarəsinin 14 may 2024-cü il tarixli 18/2-13230/24 saylı məktubunda göstərilri ki, X2 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən habelə, xx.xx.1967-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində doğulmuş X2 15 dekabr 1967-ci ildə Şamaxı rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 02 oktyabr 1967-ci ildə Şamaxı rayonu Göylər kəndində doğulmuş X2 15 dekabr 1967-ci ildə Şamaxı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-733/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-733/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver