Məhkəmə qərarları › İş №2(074)-734/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-734/2022

03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-734/2022 03.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamorava Züleyxa Kamil qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 dekabr 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş qardaşı X4 xx.xx.1969-cu ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Onun X1, anası Nağıyeva (Babaşova) Şura Piralı qızıdır. Atası və anası nikahlarını xx.xx.1961-ci il tarixdə rəsmiləşdirmişlər. Onların bu nikahlarından o, qarışıq 6 uşaqları doğulmuşdur. Bu uşaqlardan ikisi vəfat etmişdir. Lakin ondan öncə 12 dekabr 1965-ci il tarixdə doğulmuş Rauf adlı qardaşı xx.xx.1969-cu ildə ölsədə, qardaşının ölümündən sarsıntı keçirdikləri üçün valideynləri tərəfindən ona aid ölüm şəhadətnaməsi alınmamışdır. Qardaşı öldükdən sonra Şamaxı şəhərində "Yeddi Günbəz" adlanan qəbristanlığında rəhmətə getmiş qohumlarının qəbirlərinin yanında basdırılmışdır. Qardaşının dəfnində və yas mərasimində yaxınları tanışları və qonşuları iştirak etmişlər. Hazırda müəyyən miras əmlaklarla bağlı rəsmiləşdirmə aparılması ilə bağlı 12 dekabr 1965-ci il tarixdə doğulmuş Rauf adlı qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığınan bu sənədləşmələri aparmaq qeyri-mümkündür. Ölüm şəhadətnaməsini isə məhkəmədən kənar başqa qaydada əldə etmək də mümkün deyil. 12 dekabr 1965-ci il tarixdə doğulmuş Rauf adlı qardaşının ölüm şəhadətnaməsini əldə etmək üçün Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin oradan ona imtina məktubu verərək məktubda qeyd etmişlər ki, xx.xx.1969-cu il tarixdə Şamaxı şəhərində ölmüş X9 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Yalnız həmin şəxsin ölüm faktı məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda onun ölümü qeydə alına bilər. Anası yataq xəstəsi olduğu üçün hazır ki, ərizə onun tərəfindən məhkəməyə verilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı mərhum qardaşı X4 yas mərasimində və dəfnində iştirak edən şəxsləri şahid qismində məhkəməyə təqdim edilməsini təmin edəcək. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi əmisinin yoldaşıdır. Rauf xəstəliyi səbəbindən vəfat etmiş və Şamaxı rayonu "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi qonşusudur. Rauf xx.xx.1969-cu ildə rəhmətə gedib. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan İ-ИЕ 181788 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Babaşova Şura Piralı qızı arasında nikah xx.xx.1961-ci ildə Şamaxı rayonu VVAQ birosunda bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə 122 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Nağıyev”, arvada “Nağıyeva” soyadı verilmişdir. İş materiallarından olan АЗБ № 104917 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X6r. İş materiallarından olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X9 12 dekabr 1965-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası X6r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il tarixdə Şamaxı şəhərində ölmüş X9 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1034 saylı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 RMX-na hər hansı xəstəlikə əlaqədar olaraq heç bir müayinə və müalicə üçün müraciət etməmişdir və ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın qardaşı X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1969-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 dekabr 1965-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X4 10 oktyabr 1969-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar