Məhkəmə qərarları › İş №2(074)-779/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-779/2024

11.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-779/2024 11.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 09 dekabr 1958-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş qardaşı X3 14 dekabr 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etmiş, onlardan miras ev qalmış və həmin miras əmlaka vərəsəlik açdırmaq istəyir. Notariusa sənədlər təqdim olunarkən məlum olmuşdur ki, 1959-cu ildə vəfat etmiş X1nun ölümü barədə sənəd yoxdur. Qeydiyyat şöbəsinə müraciət etmiş və ona bildirmişlər ki, qardaşının ölümü barədə tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığı halda, onun ölüm qeydiyyatını aparılması mümkün deyildir. X1 09 dekabr 1958-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, bir il yaşamış və 14 dekabr 1959-cu ildə vəfat etmiş və “Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 və X12 ayrı-ayrılıqda bildirdilər ki, Ərizəçi ilə qonşudurlar, həqiqətən də, onun Məmməd adlı qardaşı bir yaşında vəfat etmiş və onlar dəfndə iştirak etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 16 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X9 09 dekabr 1958-ci ildə Şamaxı şəhərində anadan olmuş, bu barədə 24 dekabr 1958-ci il tarixdə Maraqlı şəxsndə 593 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şamaxı Rayon X7 Hüquqi şəxsin 14 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X5 qardaşı 09 dekabr 1958-ci il təvəllüdlü X9 14 dekabr 1959-cu il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 14 dekabr 2023-cü il tarixli X6 ünvanlanmış məktubda göstərilir ki, X4 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və Miqrasiya İdarəsinin 04 iyun 2024-cü il tarixli məktubunda göstərilir ki, 09 dekabr 1958-ci il təvəllüdlü X4 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi qardaşının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 09 dekabr 1958-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 14 dekabr 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 09 dekabr 1958-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 14 dekabr 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar