Məhkəmə qərarları › İş №2(074)-787/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-787/2021

28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-787/2021 28.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X15 Xidmət Mərkəzinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 1956-cı il tarixdə Mərəzə rayonu Poladlı kəndində anadan olmuş X1nun 10 may 2021-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X5 29 oktyabr 1989-cu il tarixdə Şamaxı rayonu (hazırda Qobustan rayonu) Poladlı kəndində vəfat etmişdir. Ondan qalmış miras əmlaka vərəsəlik açılmalıdır. Bunun üçün X1nun ölüm şəhadətnaməsi tələb olunur. Şamaxı Regional “Asan xidmət” mərkəzinə müraciət etmiş, orada qeydiyyat gecikdiyindən hazırda bu qeydiyyatın aparılmasının mümkün olmadığı bu barədə məhkəməyə müraciət olunmalı olduğu qeyd edilmişdir. X1 10 may 2021-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş, Qobustan rayonu Poladlı kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. Bu şahid ifadələri və Bakı təcili və X8 Stansiyasının 10 may 2021-ci il tarixli arayışı və icra nümayəndəsinin arayışı ilə təsdiq edilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Belə ki, onun qardaşı əvvəllər Rusiya Federasiyasında yaşamış, 10 may 2021-ci il tarixdə isə Bakı şəhərində qara ciyərində olan xərçəng xəstəliyindən ölmüşdür. O, Qobustan rayonu Poladlı kənd qəbristanlığında dəfn olunmuşdur. Buna görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, X4 onun qaynıdır. O, 10 may 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Qobustan rayonu Poladlı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra müraciət gecikdiyi üçün mərhumun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun qohumudur. X4 ərizəçinin qardaşıdır. X2 10 may 2021-ci il tarixdə ölmüşdür. O, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2021-ci il tarixli Təcili və X8 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə olan çağırışa əsasən X3 yanına gələn təcili tibbi yardım briqadası onun onlar gələnədək öldüyünü müəyyən etmişdir. İş materiallarında olan Qobustan rayon İHB-nin Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.06.2021-ci il tarixli № 20 nömrəli arayışından görünür ki, X4 10 may 2021-ci il tarixdə saat 13:00 radələrində Poladlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin 25.05.2021ci il tarixli № 520-05/70 saylı məktubundan görünür ki, qeydiyyat şöbəsi tərəfindən 10.05.2021-ci il tarixdə ölmüş X4 oğlunun ölümünün qeydə alınması ilə bağlı müraciətə baxıldığı, ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu və ya bu sənəd olmadıqda isə ölüm faktının məhkəmə qaydasında təsdiq ediməli olduğu bildirilmişdir. İş materiallarından olan 387422 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12.01.1956-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 12.01.1956-cı il təvəllüdlü X3 10.05.2021-ci il tarixdə ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.01.1956-cı il təvəllüdlü X3 10.05.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X12 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar