Məhkəmə qərarları › İş №2(074)-787/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-787/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-787/2024 08.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X42 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1889-cu ildə Şamaxı rayonunda anadan olmuş X1 1965-ci ildə Şamaxı şəhərində, 25 avqust 1959-cu ildə Şamaxı şəhərində anadan olmuş X13 1986-cı ildə Şamaxı şəhərində, 08 aprel 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş X23 1974-cü ilin dekabr ayında Şamaxı şəhərində və 27 dekabr 1978-ci ildə Şamaxı şəhəində anadan olmuş, X30 1986-cı ildə Şamaxı şəhərində ölməsi faktının müəyyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X32 xx.xx.1987-ci il tarixdə vəfat etmiş, ondan miras ev qalmışdır. Hazırda həmin evə vərəsəlik açdırmaq istəyir. Məlum olmuşdur ki, miras qoyanın uşaqlarından və nəvələrindən -X3, X33, X37 və X13 ölüm qeydiyyatları aparılmamışdır. Qeydiyyat aparılması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, həmin şəxslərin ölümü barədə tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığından, onların ölüm qeydiyyatının aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X3 1889-cu ildə Şamaxı rayonunda anadan olmuş, 1965ci ildə Şamaxı şəhərində vəfat etmiş, ”Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qonşular iştirak etmişlər. X24 25 avqust 1959-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, 1986-cı ildə vəfat etmiş, “Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qonşular iştirak etmişlər. X33 xx.xx.1974-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, elə həmin ilin dekabr ayında vəfat etmişdir. “Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qonşular iştirak etmişlər. X37 27 dekabr 1978-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, 1986-cı ildə Şamaxı şəhərində vəfat etmiş, “Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qonşular iştirak etmişlər. Bu şəxslərin vəfat etmələrini şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X25 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X4 ayrı-ayrılıqda ifadələrində bildirdilər ki, ərizəçini tanıyırlar, qonşu olublar, ərizəçi İlqarın babası Allahverənin, qardaşı Gülağanın, əmisi qızı Arizənin və əmisi oğlu Ramilin dəfnində və yas mərasimlərində iştirak ediblər, həmin şəxslərin ölməsi faktını təsdiq etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 07 mart 2024-cü il tarixli arayışından görünür ki, X37 27 dekabr 1978-ci ildə anadan olmuş, atası X16, anası X2r. İş materiallarında olan 07 mart 2024-cü il tarixli arayışdan görünür ki, X33 08 aprel 1974-cü ildə Şamaxı şəhərində anadan olmuş, atası X16, anası X2r. İş materiallarında olan Maraqlı şəxs 13 mart 2024-cü il tarixli arayışından görünür ki, X26 25 avqust 1950-cu ildə Şamaxı rayonu Günəşli kəndində anadan olmuş, atası X9, anası X15r. İş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X1 ölümü haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunamışdır. İş materiallarında olan Maraqlı şəxs 07 mart 2024-cü il tarixli arayışından görünür ki, X23 ölümü haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 07 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunamışdır. İş materiallarında olan Maraqlı şəxs 07 mart 2024-cü il tarixli arayışından görünür ki, X30 ölümü haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 07 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunamışdır. İş materiallarında olan Maraqlı şəxs 07 mart 2024-cü il tarixli arayışından görünür ki, X13 ölümü haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 07 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunamışdır. İş materiallarında olan Şamaxı rayon Şəhriyar bələdiyyəsinin Ərizəçi adına ünvanlanmış 18 mart 2024-cü il tarixli 9 saylı arayışından görünür ki, babası X5, qardaşı X24, əmisi qızı X33, əmisi oğlu X11 rayonunun Şəhriyar qəsəbəsində “Yeddi gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı rayon X21 Hüquqi şəxsin Ərizəçi adına ünvanlanmış 14 mart 2024-cü il tarixli arayışından görünür ki, onun babası X5 1965-ci il, onun qardaşı xx.xx.1959-cu il təvəllüdlü X24 1986-cı il, onun əmisi qızı xx.xx.1974-cü il təvəllüdlü X33 1974-cü il, onun əmisi oğlu xx.xx.1978-ci il təvəllüdlü X37 1986-cı il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət olunmadığı üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 02 aprel 2024-cü il tarixli məktubunda göstərilir ki, Maraqlı şəxs 1929-1947ci illərin doğum haqqında akt qeydiyyatının bərpa kitablarında X1 doğum aktı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arvixi Şamaxı filialının 29 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X1 təsərrüfatında ailə tərkibi 1889-cu il təvəllüdlü ailə başçısı X3, 1904-cü il təvəllüdlü arvadı X34, 1935-ci il təvəllüdlü oğlu X9, 1939-cu il təvəllüdlü qızı X6, 1945-ci il təvəllüdlü oğlu X14, 1948-ci il təvəllüdlü oğlu X10, 1953-cü il təvəllüdlü oğlu X7 ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və Miqrasiya İdarəsinin 25 iyun 2024-cü il tarixli məktubunda göstərilir ki, X3, X24, X33 və X30 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdiirlməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin X3, X24, X33 və X30 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1889-cu ildə Şamaxı rayonunda anadan olmuş X1 1965-ci il Şamaxı şəhərində, 25 avqust 1959-cu ildə Şamaxı şəhərində anadan olmuş X13 1986-cı ildə Şamaxı şəhərində, 08 aprel 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş X23 1974-cü illin dekabr ayında Şamaxı şəhərində və 27 dekabr 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, X30 1986-cı ildə Şamaxı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1889-cu ildə Şamaxı rayonunda anadan olmuş X1 1965-ci ildə Şamaxı şəhərində, 25 avqust 1959-cu ildə Şamaxı şəhərində anadan olmuş X13 1986-cı ildə Şamaxı şəhərində, 08 aprel 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş X23 1974-cü illin dekabr ayında Şamaxı şəhərində və 27 dekabr 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş X30 1986-cı ildə Şamaxı şəhərində ölməsi faktı müəyyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar