Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-791/2023 17.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cehiz əmlakları ilə bağlı cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə rəsmi nikahla Adnalı kənd sakini Maraqlı şəxs ərə getmiş, birgə nikahdan 3 övladı vardır. Nikahları Şamaxı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Evdən çıxarkən bütün cehiz əmlakları cavabdehdə qalmışdır. Dəfələrlə əmlaklarının verilməsini tələb etmişdir. Etiraz etmirlər. Amma şərt qoyurlar ki, əgər mübahisə olsa səs-küy olsa əmlakları verməyəcək, polis çağıracaq. Şəmsiyə deyib ki, dediyindən belə çıxır ki, o maşın tutub, adam götürüb onun qapısına gedib, o da orada mübahisə yaradıb sonra da onu əliboş geri qaytarsın. O, mediasiyaya müraciət edib. Orada da eyni sözlər deyib. O siyahını ona göstərib deyib ki, oxu bu siyahıda olan əşyaları əgər mübahisəsiz verirsə, gedib götürsün. O isə etiraz edib deyib ki, o siyahıya baxmaq istəmir, nəyi var ordadı gəlib götürsün. xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlayıb. Öhdəlik götürüb ki, əmlaklarını götürməyə şərait yaradacaq. Amma sonradan görüb ki, onların fikiri başqadır. O, maşın tutub Bakıya gedəcək, orada özləri qəsdən mübahisə yaradıb, əmlakları götürməyə mane olacaq. Şəmsi şəxsən dəfələrlə deyib ki, səs küy, mübahisə olsa polis çağıracaq, onları həyətdən çıxaracaq. Bilir ki, onu aldadır. Qapısına gedəndən sonra deyəcək ki, bu var, o yoxdur. Bu onlarındır və s. Ona görə də istəyir ki, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, barışıq sazişində cehiz əmlakları göstərilməmişdir. Barışıq sazişi bağlandıqdan sonra o, Maraqlı şəxs evinə cehiz əmlaklarını götürmək üçün gütməmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 25 fevral 2013-cü il tarixdə Şamaxı rayon Adnalı kənd icra nümayəndəliyində 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci təvəllüdlü X4 cavabdeh (anasının)-X1 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023- cü il tarixli MŞS.MT030.2023-00623 saylı Barışıq sazişindən görünür ki, mediasiya prosesində birinci tərəf Ərizəçi razılaşıb və öhdəlik götürüb ki, 2023-cü il aprel ayının 25-i cehiz əşyalarını keçmiş həyat yoldaşı Maraqlı şəxs məxsus Suraxanı rayonunun Ziğ bağlarında yerləşən evindən çıxaracaq. Mediasiya prosesində ikinci tərəf Maraqlı şəxs razılaşıb və öhdəlik götürüb ki, keçmiş həyat yoldaşı Ərizəçi məxsus cehiz olan əşyalarını 2023-cü ilin aprel ayının 25-i Suraxanı rayonunun Zığ bağlarında adlanan yaşayış məntəqəsində yerləşən evindən cehizin götürməyinə tam şərait yaradacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində əldə edilmiş barışıq sazişinin şərtləri dəqiq göstərilməmişdir. Belə ki, sazişdə yalnız X2 məxsus cehiz əşyalarını Maraqlı şəxs məxsus Suraxanı rayonunun Ziğ bağlarında yerləşən evindən çıxarması əks olunmuş, cehiz əşyaların hansı əşyalar olması, onların adları, əlamətləri, sayı isə sazişdə əks olunamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin şərtləri dəqiq olmadığından həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-791/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-791/2023
17.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver