Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-793/2023 02.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 1997-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş X4nun 25 dekabr 1998-ci il tarixdə Şamaxı rayonunda vəfat etməsi, Sabirabad rayonunda dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanda yaşayır. X4 xx.xx.1998-ci ildə vəfat etmişdir. X1 ev miras qalmışdır. Miras əmlakına vərəsəlik açılmalıdır, lakin övladının ölümü barədə qeydiyyat aparılmadığından vərəsəlik açılması mümkün deyil. Onlar onun ölüm qeydiyyatının aparılması üçün Maraqlı şəxsnə müraciət etmişlər. Oradad onlara bildirilib ki, tibbi şəhadətnamə və ya oğlunun ölümü barədə məhkəmə qərarı olmadığından hazırda oğlunun ölüm qeydiyyatının aparılması mümkün deyil. Odur ki, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunmalıdır. X4 24 dekabr 1997-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. 25 dekabr 1998-ci ildə Şamaxı rayonunda vəfa etmiş və Sabirabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfində qohumlar, qonşular və kənd camaatı iştirak etmişlər. Onlarda təsdiq edə bilərlər ki, X4 həqiqətən də 25 dekabr 1998-ci tarixdə Şamaxı rayonunda vəfa etmişdir. Əvvəllər yasa başları qarışmışdı, sonradan da onun ölümünü qeyd etdirmək yadlarından çıxmışdır. Hazırda da həmin sənədi başqa yolla almaq mümkün deyil. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24 dekabr 1997-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş X4nun 25 dekabr 1998-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, Ərizəçi onun qızıdır. Onun nəvəsi Şamaxıda ölüb, Sabirabad rayonu Muradbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdilər ki, ərizəçinin qayınıdır. X9 1998-ci ildə Şamxı rayonunda ev şəraitində vəfat etmişdir. Sabirabad rayonu, Muradbəyli kəndində dəfn edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 24 dekabr 1997-ci tarixdə Kürdəmir rayonunda doğulmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 28 iyun 2023-cü il tarixli 3-165/8-15-656/2023 saylı arayışdan görünür ki, X9 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-C-943-41-856/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, 24 dekabr 1997-ci il təvəllüdlü X9 25 dekabr 1998-ci ildə tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 25 dekabr 1998-ci ildə tarixdə vəfat etmiş və Sabirabad rayonu, Muradbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1998-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 dekabr 1997-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş X6 25 dekabr 1998-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-793/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-793/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver