Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-794/2022 15.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamorava Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X5 13 dekabr 2013-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Şamaxı rayonu Quşçu kəndində yaşayır. Həyat yoldaşı 2021-ci ilin aprelində vəfat etmişdir. Hazırda uşaqlar üçün ailə başçısını itirməyə görə pensiya almalıdır. Onun 8 uşağı olmuş, onlardan 4 vəfat etmişdir. Onlardan üçünün ölüm qeydi aparılmış, xx.xx.2013-cü il tarixdə vəfat etmiş qızı Ayselin isə ölüm qeydiyyatı aparılmamışdır. Ölum qeydiyyatının aparılması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm qeydiyyatı gecikdirildiyindən hazırda qızı Ayselin ölüm qeydiyyatının aparılması mümkün deyil. Məhkəməyə müraciət olunmalıdır. X4 xx.xx.1998-ci il tarixdə Quşçu kəndində anadan olmuş, xx.xx.2013-cü il tarixdə isə sudorqa xəstəliyindən vəfat etmişdir. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, qızı Aysel həqiqətən də 13 dekabr 2013-cü il tarixdə Quşçu kəndində vəfat etmiş və Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi əmisi qızıdır. Məlahətin qızı Aysel sudorqa xəstəliyindən vəfat etmiş və Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. O, yas mərasimində və dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan Vİİ-ЖГ 324555 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 və Ərizəçi arasında nikah xx.xx.1997-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 5 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Gülalıyev”, arvada “Gülalıyeva” soyadı verilmişdir. İş materiallarından olan XXİ-ЖГ 283830 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1998-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X11 barədə “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 581 saylı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X20 məktubundan görünür ki, Ərizəçi xx.xx.1998-ci il təvəllüdlü X4nın xx.xx.2013-cü il tarixdə ölməsi faktı ilə bağlı Şamaxı RMX-nın müraciət etməmişdir və ona Ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarından olan Şamaxı rayonu İHB-nin Quşçu kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X11 13 dekabr 2013-ci ildə Şamaxı rayonun Quşçu kəndində vəfat etmişdir. Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. X12, X7, X3 imzaları ilə bunu təsdiq etmişlər. İş materiallarından olan Şamaxı rayonu İHB-nin Quşçu kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 291 saylı arayışından görünür ki, mərhum X4 şahidlərin dediyinə görə 13 dekabr 2013-ci ildə vəfat edib və Quşçu kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı X8 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2013-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 fevral 1998-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində doğulmuş X8 13 dekabr 2013-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-794/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-794/2022
15.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver