Məhkəmə qərarları › İş №2(074)-820/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-820/2025

14.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-820/2025 14.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Axverdiyeva (Kərimova) Aynurə Vahid qızı və Maraqlı şəxs iştirakı ilə, Axverdiyeva (Kərimova) Aynurə Vahid qızının “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Axverdiyeva (Kərimova) Aynurə Vahid qızı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS.MT.030.2023-02634 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, hər ay hər uşaq üçün 220 manat olmaqla, ayda 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimenti ona ödəniləcəyi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya prosesində xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS.MT.030.2023-02634 nömrəli barışıq sazişinin şərtlərinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 220 manat olmaqla, hər ay 660 manat sabit pul məbləğində aliment ödənilməsinə Maraqlı şəxs razılıq vermiş və öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından 14 (on dörd) aydan artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən, olan öhdəliyi ilə, yəni birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 660 manat alimentin ödənilməsindən heç bir əsas olmadan imtina edir. Məhkəmə iclasında ərizəçi Axverdiyeva (Kərimova) Aynurə Vahid qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS.MT.030.2023-02634 nömrəli barışıq sazişində göstərilir ki, mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası - X3 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşağa görə 220 manat olmaqla, hər ay 660 manat sabit pul məbləğində alimenti X5 ödəyəcəkdir. X6 öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Belə olan halda, məhkəmə hesab edir ki, Axverdiyeva (Kərimova) Aynurə Vahid qızı ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS.MT.030.2023-02634 nömrəli barışıq sazişi təqsiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Axverdiyeva (Kərimova) Aynurə Vahid qızı ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS.MT.030.2023-02634 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası - X3 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşağa görə 220 manat olmaqla, hər ay 660 manat sabit pul məbləğində alimenti X5 ödəyəcəkdir. X6 öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacaqdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar