Məhkəmə qərarları › İş №2(074)-825/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-825/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-825/2023 25.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi nümayəndəsi Atakişiyev Bəhruz Babaş oğlunun iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1nun xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində vəfat etməsi və xx.xx.2022-ci il təvəllüdlü X2nın xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Şamaxı rayonu, Quşçu kəndində yaşayır. 2016-cı ildə ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə doğulmuş Elnur adlı, xx.xx.2018-ci il tarixdə doğulmuş Anar adlı, xx.xx.2020-ci il tarixdə doğulmuş Nuray adlı və xx.xx.2022-ci il tarixdə doğulmuş Ayan adlı 4 övladları olmuşdur. Onlardan ikisi, xx.xx.2018-ci il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə, xx.xx.2022-ci il təvəllüdlü X2 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onların ölüm faktının qeyd etdirməyiblər. İndi istəyirlər ki, onların ölüm haqqında şəhadətnamalərini alsınlar. Onlara bildirirlər ki, vaxtında müraciət olunmadığından və ölümləri barədə tibbi şəhadətnamə olmadığından bu uşaqların ölüm akt qeydlərinin aparılması mümkün deyil. Məsələ ilə bağlı məhkəməyə müraciət olunmalıdır. X1 xx.xx.2018-ci il tarixdə anadan olmuş və 4 aylığında xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 isə xx.xx.2022-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Uşaqların hər ikisi Quşçu kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qonşular və yaxın qohumlar iştirak etmişlər. Onlar da buna şahidlik edə bilərlər. Uşaqlar körpə ikən vəfat etdiklərindən adətə görə qəbrlərin üstü düzəldilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Atakişiyev Bəhruz Babaş oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, Ərizəçi onun qızıdır. Onun nəvələri xx.xx.2018-ci il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə, xx.xx.2022-ci il təvəllüdlü X2 isə xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ev şəraitində vəfat etmişdir. Uşaqların ürəklərində qüsur olmuş və ona görə dünyalarını dəyişmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, Atakişiyev Bəhruz Babaş oğlunu tanıyır. O, qəbiristanlıqda məzar yeri qazır. Bəhruz da ona müraciət etdiyi üçün onun iki uşağı üçün dəfn vaxtı məzarları o qazmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il Şamaxı şəhərində doğulmuşdur. Atası Atakişiyev Bəhruz Babaş oğlu, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Atakişiyev Bəhruz Babaş oğlu, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 08 aprel 2023-cü il tarixli 3-165/8-15-397/2023 saylı arayışdan görünür ki, X6 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 08 aprel 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 08 aprel 2023-cü il tarixli 3-165/8-15-396/2023 saylı arayışdan görünür ki, X5 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 08 aprel 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-A-914-41-814/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-A-918-41-817/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu, Quşçu kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu, Quşçu kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 və X1nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 isə xx.xx.2018-ci il tarixdə və X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 30 aprel 2018-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 26 avqust 2018-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində və 26 mart 2022-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X4 25 may 2022-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar