Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-831/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT030/2024-02568 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02568 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin dekabr ayından başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) ona ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişindən 3 ay ötmüşdür. Manaf öhdəliyinə əməl etmir. Alimenti ödəmir. Hesab edir ki, Manaf barışıq sazişinin şərtlərinin könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlanandan Maraqlı şəxs tərəfindən heç bir aliment ödənişi edilməmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlanandan Maraqlı şəxs tərəfindən heç bir aliment ödənişi edilməmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, o, müharibə iştirakçısıdır və xəstədir. 80 manat dövlət təqaüdü alır. O, əməliyyat olunmalıdır. Barışıq sazişi bağlanandan özünə müalicə etdirdiyindən aliment ödəyə bilməmişdir. Buna görə də ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf birbirinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2022-ci il tarixli 531 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müssəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan 29 aprel 2023-cü il təvəllüdlü X6 anası - Ərizəçi yanında yaşamasına razıdılar. Ərizəçi 29 aprel 2023- cü il təvəllüdlü X6 atası Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 17:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs 29 aprel 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü iln dekabr ayından başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində almenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası Ərizəçi ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan 11 mart 2025-ci il tarixli, 3-16-5/8-69-137/2025 saylı Şamaxı Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 29 aprel 2023-cü il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-250/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında 26 oktyabr 2022-ci il tarixdə Şamaxı regional “ASAN Xidmət” X3 531 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə 2024-cü iln dekabr ayından başlayaraq Maraqlı şəxs 29 aprel 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 29 aprel 2023-cü il təvəllüdlü X6 anası - Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs 29 aprel 2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 17:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. 2024-cü iln dekabr ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) 29 aprel 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-831/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-831/2025
17.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver