Məhkəmə qərarları › İş №2(074)-832/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-832/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-832/2023 18.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 1976-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 25 noyabr 1978-ci ildə Şamaxı şəhərində ölməsi faktının, 02 oktyabr 1982-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 23 iyun 1983-cü ildə Şamaxı şəhərində ölməsi faktının və 27 may 1984-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 20 dekabr 1984-cü ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Evə dair sənədlərini rəsmiləşdirmək istəyərkən övladlarının sənədlərini tələb etmişlər. Onun 3 övladı vəfat etmişdir. Onların hüzr mərasimlərinə başları qarışdığından və onların vaxtsız ölümləri onları çox çaşdırdığından uşaqların ölüm sənədlərini almamışlar. Birinci övladı X10 24 iyun 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, 25 noyabr 1978-ci ildə Şamaxı şəhərində vəfat etmiş, ikinci övladı X11 02 oktyabr 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş 23 iyun 1983-cü ildə Şamaxı şəhərində vəfat etmiş və üçüncü övladı 27 may 1984-cü şəhərində anadan olmuş X8 20 dekabr 1984-cü ildə Şamaxı şəhərində vəfat etmişdir. Bu barədə rəsmi sənəd almaq üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, rəsmi bildirmişlər ki, onlara müraciət olunmadığı üçün uşaqlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən tədqim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Tahirənin üç uşağı vəfat edib. 2 oğlan və 1 qız uşağı vəfat edib. Onun hazırda 1 oğlu və 1 qızı var. Uşaqlar xəstəlikdən vəfat ediblər. Onların yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi tanıyır. Onun üç uşağı kiçik yaşlarında vəfat edib. Onların yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi ilə uzun müddət qonşu olmuşlar. Tahirənin üç uşağı kiçik yaşlarında vəfat edib. Onların yas mərasimində iştirak edib. 2 oğlan və 1 qız uşağı vəfat edib. Onun hazırda 1 oğlu və 1 qızı var. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 24 iyun 1976-cı il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 02 oktyabr 1982-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 27 may 1984-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 06 iyul 2023-cü il tarixli 3-165/8-15-732/2023 saylı arayışdan görünür ki, X10, X11 və X8 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-F-991-41-895/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, 24 iyun 1976-cı il təvəllüdlü X10 25 noyabr 1978-ci il tarixdə, 02 oktyabr 1982-ci il təvəllüdlü X11 23 iyun 1983-cü il tarixdə və 27 may 1984-cü il təvəllüdlü X8 20 dekabr 1984-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladları X10, X11 və X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 25 noyabr 1978-ci il tarixdə, X4 23 iyun 1983-cü il tarixdə və X2 20 dekabr 1984-cü il tarixdə Şamaxı şəhərində ölmələri ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 iyun 1976-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 25 noyabr 1978-ci ildə Şamaxı şəhərində ölməsi faktı, 02 oktyabr 1982-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 23 iyun 1983-cü ildə Şamaxı şəhərində ölməsi faktı və 27 may 1984-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 20 dekabr 1984-cü ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar