Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-836/2024 21.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1926-cı ildə Şamaxı rayonunda doğulmuş X1 xx.xx.1990-cı ildə Şamaxı rayonu Cabanı kəndində ölməsi faktının müəyyən edillməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Cabanı kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm şəhadətnaməsini vaxtında ala bilməmişlər. Hazırda vərəsəlik məsələləri ilə bağlı mərhum atasının ölüm şəhadətnaməsi tələb olunur. Maraqlı şəxsnə müraciət etmiş və ona bildirmişlər ki, vaxtında atasının ölüm faktı qeydiyyatdan keçmədiyindən, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 ifadə verərək göstərdilər ki, onlar Ərizəçi qonşularıdır. Həqiqətən də, İsmayılın atası X3 1990-cı ildə Şamaxı rayonunun Cabanı kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Onlar dəfn və yas mərasimlərində iştirak etmişdirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarınd olan pasportdan görünür ki, X3 1926-cı ildə Şamaxı rayonunun Cabanı kəndində doğulmuşdur. İş materiallarında olan Şamaxı rayon Mərəkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası 1926-cı il təvəllüdlü X3 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət olunmadığından, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, X1 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi atasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 1926-cı ildə Şamaxı rayonunda doğulmuş X1 xx.xx.1990-cı ildə Şamaxı rayonu Cabanı kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 1926-cı ildə Şamaxı rayonunda doğulmuş X1 xx.xx.1990-cı ildə Şamaxı rayonu Cabanı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-836/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-836/2024
21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver