Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-839/2024 31.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası 01 iyul 1962-ci ildə Şamaxı rayonunda doğulmuş X2 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin evdə yaşayır. X1 xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduğu və yaşadıqları ünvanda səhər saatlarında vəfat etmişdir. Başları yas mərasiminə qarışdığından onun ölümü ilə bağlı təcili tibbi yardıma məlumat verməmişdirlər. Daha sonra isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də, Şamaxı rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardıma müraciət edilmədiyindən, ərizənin icrasından imtina etmişdir. Daha sonra, Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat Şöbəsi xx.xx.2024-cti il tarixli imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Belə ki, atasının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Şahidləri var və həmin şahidlərin dəvət edilərək, dindirilməsi zərurəti yarandığı təqdirdə, onları məhkəməyə dəvət edəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Feyruz Baloğlanov onun qardaşıdır. Qardaşı həqiqətən də, 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Feyruz Baloğlanov onun qonşusu olmuşdur. Qonşusu Feyruz həqiqətən də, 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 01 iyul 1962ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 19 aprel 2024-cü il tarixli, 316-5/7-15-506/2024 saylı məktubda göstərilir ki, X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 08 aprel 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli 18-1-72/2-B-452-41-898/2024 saylı arayışdan görünür ki, 01 iyul 1962-ci il təvəllüdlü X3 08 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Şamaxı RXM-na müraciət etmədikləri üçün ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi atasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 01 iyul 1962-ci ildə Şamaxı rayonunda doğulmuş X2 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 01 iyul 1962-ci ildə Şamaxı rayonunda doğulmuş X2 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-839/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-839/2024
31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver