Məhkəmə qərarları › İş №2(074)-886/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-886/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-886/2024 14.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1941-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X2 ilə həmin evdə yaşayırlar. X2 xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduqları və yaşadıqları ünvanda səhər saatlarında rəhmətə getmişdir. Başları yas mərasiminə qarışdığından onun ölümü ilə bağlı təcili tibbi yardıma məlumat verməyiblər. Daha sonra isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsələrdə Şamaxı rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardıma müraciət etmədiylərindən ərizənin icrasından imtina etdi. Daha sonra Maraqlı şəxsnə müraciət etdikdə və Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Belə ki, o, X2nın ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada da ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək dindirilməsi zərurəti yarandığı təqdirdə onları məhkəməyə dəvət edə biləcəyini söyləyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, X2nın halı pisləşmişdi. Təcili yardıma xəbər etməyiblər. Atası da ev şəraitində rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, Elxanı tanıyır və uzaq qohumudur. X1 bayramından sonra vəfat edib. O, ərizəçinin evlərinə getdikdə X4 iki qızı və bir gəlini Ərizəçi mollaya getdiyini söyləyib. X4 xəstəliyinin olmadığını, qulağının biraz ağır eşitdiyini söylədi. O, X4 yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verib bildirdi ki, Ərizəçi bacısının həyat yoldaşıdır. X1 bayramından sonra vəfat edib, xəstəliyi yox idi. O, X4 vəfatından bir gün əvvəl Ərizəçi evində olub. Dəfn və yas mərasimində iştirak edib. X9 “Yeddi Gümbəz” qəbirstanlığında dəfn edilib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ЖГ № 465484 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuşdur. X3, X2dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X18 arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X18 məktubundan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixində Şamaxı RMX-nın “Təcili və X7 Stansiyasına” çağrı zəngi daxil olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. XX.XX.1941-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X4 08 aprel 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar