Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-899/2025 25.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MSŞ.MT030.2024-02035 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MŞS.MT030.2024-02035 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, hər ay 470 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin borclu öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edir. Uşaqların saxlanması üçün aliment ödəmir. Alimentin ödənilməsi barədə barışıq sazişinin şərtləri könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarında bağlanmış 05 oktyabr 2010-cu il tarixli 42 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin qeyd olunan hissəsi məhkəmə qaydasında həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan doğulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün ayda hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı (ay gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmağına mane olmayacağı barədə öhdəlik götürür. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1580/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında 05 oktyabr 2010-cu il tarixdə Şamaxı rayon İHB-nın Quşçu kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 42 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 793485 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan AZ-İV № 705209 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 235 olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılsın. xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 235 olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə hər hansı (ay gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-899/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-899/2025
25.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver