Məhkəmə qərarları › İş №2(074)-905/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-905/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-905/2023 02.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacıları, xx.xx.1989-cu il təvəllüdlü X9 xx.xx.1989-cu il tarixdə, xx.xx.1992-ci il təvəllüdlü X10 isə xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında yaşayır. Atası vəfat edib, ondan ev və maşın miras qalmışdır. Mirasla bağlı əmlaklara vərəsəlik açdırmaq istəyir. Notariusa müraciət edib. Notarius bacı-qardaşlarının notariusa gəlməli olduqlarını bildirib. Lakin onlardan ikisi vəfat etdiyindən notarius onların doğum şəhadətnamələrinin surətlərini tələb edib. Onlar üçün ölüm haqqında şəhadətnamədə alınmadığı üçün Qeydiyyat şöbəsinə müraciət edib. Orada da bildirilib ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Onlar beş bacı-qardaş olublar. Aytən və Könül adlı bacıları hələ körpə ikən vəfat etmişlər. xx.xx.1989-cu il təvəllüdlü X14 xx.xx.1989-cu il tarixdə, xx.xx.1992-ci il təvəllüdlü X15 isə xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində, “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşlar. Hər iki körpə olduğundan dəfndə yalnız qohumlar və yaxın qonşular iştirak etmişlər. Onlar da bunu təsdiq edə bilərlər. Hazırda onların vəfatı barədə şəhadətnamənin başqa yolla alınması mümkün deyil. Məhkəmə qərarına əsasən onların vəfatını qeydiyyata aldırmaq mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. xx.xx.1989-cu il təvəllüdlü X14 xx.xx.1989-cu il tarixdə, xx.xx.1992-ci il təvəllüdlü X15 isə xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində ölmüş və “Yeddi Günbəz” qəbiristanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, onların qonşusudur. xx.xx.1989-cu il təvəllüdlü X14 xx.xx.1989-cu il tarixdə və xx.xx.1992-ci il təvəllüdlü X15 isə xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində ölmüş və “Yeddi Günbəz” qəbiristanlığında dəfn olunmuşlar. Dəfndə iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ ЖГ № 436702 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X2 arasındakı nikah xx.xx.1985-ci il tarixdə Şamaxı şəhərində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 may 1985-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan Xİ ЖГ № 424610 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X5, anası X1r. İş materiallarında olan XVİİ ЖГ № 251224 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X5, anası X1r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 03 aprel 1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X5, anası X1r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-165/8-15-828/2023 saylı arayışdan görünür ki, X14 və X11 ölümü barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-Q-1092-41-989/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X22 arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X14 xx.xx.1989-cu il tarixdə və xx.xx.1992-ci il təvəllüdlü X15 isə xx.xx.1993-cü il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, X14 və X3 rayonunun, Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” adlanan məzarlıqda dəfn olunublar. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacıları X14 və X10 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X9 xx.xx.1989cu il tarixdə və X10 isə xx.xx.1993-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 03 aprel 1989-cu il tarixdə Şamaxı şəhərində doğulmuş X12 20 avqust 1989-cu il tarixdə və 03 avqust 1992-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X11 25 yanvar 1993-cü il tarixdə Şamaxı şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar