Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-914/2022 01.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamorava Züleyxa Kamil qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 1949-cu il tarixdə Özbəkistan Respublikasının Daşkənd vilayətində doğulmuş qardaşı-X3 08 dekabr 2017-ci il tarixdə Qırğızıstan Respublikasının Bişkek şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı Alimcan xx.xx.1949-cu il tarixdə Özbəkistan Respublikasının Daşkənd vilayətində doğulmuşdur. Onların valideynləri atası- İbrahim Muradov, anası isə Mayzar Muradova olmuşdur. Onlar faktiki nikahda olsalar da, nikahlarını xx.xx.1958-ci ildə rəsmiləşdirmişlər. Valideynləri artıq rəhmətə gediblər. Valideynləri 1944-cü ildə Gürcüstan SSR-dən Özbəkistan SSR-nə sürgün edilmişlər. X1 onunla bir ünvanda Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Koroğlu küçəsi, ev 5-də qeydiyyatda olsa da, xx.xx.2017-ci il tarixdə yaşadığı Qırğızıstan Respublikasının Bişkek şəhərində vəfat etmiş və orada da, dəfn edilmişdir. Rəhmətlik qardaşı Qırğızıstan Respublikasında rəhmətə getdiyindən oraya gedib-gəlmək maddi baxımdan çətinlik yaratdığı üçün onun ölüm haqqında şəhadətnaməsini onlar yaxınları əldə edə bilməşlər. Bununla da, qanunla müəyyən edilmiş müddətdə ölüm şəhadətnaməsinin əldə edilmə müdəti də, onlardan asılı olmayan səbəblərdən ötürülmüşdür. Onun ölümü ilə bağlı onun özünün də, yaşadığı Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yas mərasimi keçirilmiş və qardaşı Alimcanın yas mərasimində Şamaxıda yaşayan yaxınları, tanışları və qonşuları iştirak etmişlər. Hazırda müəyyən sənədləşmə işləri aparılması ilə bağlı qardaşının ölüm şəhadətnaməsinə ehtiyac yaranmışdır. Qardaşının ölüm şəhadətnaməsini məhkəmədən kənar başqa qaydada əldə etmək qeyri- mümkündür. Hətta, o mərhum qardaşının ölüm şəhadətnaməsini əldə etmək üçün Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan ona imtina məktubu verilərək məktubda qeyd etmişdilər ki, “X6” barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda da, əlavə olaraq Şamaxı rayon X8 Hüquqi Şəxsə müraciət edilmişdir. Lakin həmin təşkilatın verdiyi arayışa əsasən, xx.xx.1949-cu il təvəllüdlü X3 Şamaxı RMX-na hər hansı xəstəliklə əlaqədar olaraq müraciət etməməsi və xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməməsi qeydi aparılmışdır. Bununlada ona hər iki təşkilatdan izah edilmişdir ki, yalnız həmin şəxsin ölüm faktı məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda onun ölümü qeydə alına bilər. Məhkəmə araşdırması zamanı mərhum X1nun yas mərasimində iştirak edən şəxsləri şahid qismində məhkəməyə təqdim edilməsini təmin edəcək. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qardaşı ailəsi ilə birlikdə Qırğızıstan Respublikasının Bişkek şəhərində yaşamış, lakin onun Şamaxı rayonunda yerləşən evində tez-tez qonaq olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşayır. X4 Mədrəsə qəsəbəsində yaşayıb. Daha sonra Qırğızıstan Respublikasına getmişdir. 2017-ci ildə rəhmətə getdiyini eşitmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Muxiya Murtazaev məhkəməyə ifadə verib bildirdi ki, X5 Şamaxı rayonunda yaşayan qardaşı Marufcanın evinə gələndə tanımışdır. 2017-ci ildə eşitmişdir ki, Alimcan İbrahimov vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan İ-TЮ 139402 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Muradov İbrahim və Nazimova Mayzar arasında nikah xx.xx.1958-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1958ci il tarixdə 68 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Muradov”, arvada “Muradova” soyadı verilmişdir. İş materiallarından olan İ-TЮ 581901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. X16, anası isə Mayzar Muradovadır. İş materiallarından olan TЮ 223213 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov Alimcan xx.xx.1949-ci ildə anadan olmuşdur. X16, anası isə Mayzar Muradovadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1475 saylı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X17 məktubundan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X2 RMX-na hər hansı xəstəliklə əlaqədar olaraq müayinə və müalicə üçün müraciət etməmişdir və ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1949-cu ildə Özbəkistan Respublikası Daşkənd vilayətində doğulmuş X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın X1nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 08 dekabr 2017ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 29 sentyabr 1949-cu il tarixdə Özbəkistan Respublikasının Daşkənd vilayətində doğulmuş X3 08 dekabr 2017-ci il tarixdə Qırğızıstan Respublikasının Bişkek şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-914/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-914/2022
01.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver