Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-916/2025 05.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş əri X3 31 iyul 1997-ci il tarixdə Şamaxı rayonunun Kərkənc kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1938-ci ildə doğulmuş əri X7 ilə 1960cı ildə rəsmi qaydada Ermənistan Respublikasında nikaha daxil olub. Sonra məlum hadisələrdən sonra onlar Azərbaycana qaçqın düşərək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşaraq özlərinə yaşayış sahəsi əldə edərək burada yaşamağa başlayıblar. Lakin əri X3 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və o, Şamaxı rayonunun Kərkənc kənd qəbirstanlığında basdırılmışdır. Ərinin ölümündən sonra sarsıntı keçirdiklərindən və savadsız olduqlarından ərinə aid ölüm şəhadətnaməsini hansı qaydada əldə etməyi bilmədiyiklərindən, bu sənədin qanunla müəyyən edilmiş vaxtda rayon qeydiyyat şöbəsindən almayıblar. Ərinin dəfnində və yas mərasimində yaxınları, tanışları, qohumları və qonşuları iştirak ediblər. Onları zərurət yaranarsa məhkəmə iclasına şahid qismində dəvət edəcəkdir. Hazırda müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı, ərinin ölüm haqqında şəhadətnaməsini əldə etməkdən ötrü aidiyyəti təşkilatlara müraciət etsələr də, ölüm şəhadətnaməsini məhkəmədən kənar başqa qaydada əldə etmək mümkün olmamışdır. Hətta, ölüm şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət edib, lakin oradan ona imtina məktubu verərək məktubda qeyd etmişlər ki, “xx.xx.1996-cı il tarixdə vəfat etmiş X7” barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırıbmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda da, tərəflərindən əlavə olaraq Şamaxı Rayon Mərkəzi X2 Şəxsə müraciət edilmişdir. Lakin həmin təşkilatın verdiyi xx.xx.2025-ci il tarixli 18-1-72/2-M-409-41- 746/2025 saylı arayışına əsasən, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, 1938-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə həmin şəxsə aid ölüm haqqında şəhadətnamə verilib-verilməməsi məlum deyildir. Göründüyü kimi hər iki təşkilata etmiş olduğu müraciət nəticəsində ərinin ölüm şəhadətnaməsini ala bilməyib. Bununla yanaşı ona hər iki təşkilatdan izah edilmişdir ki, yalnız həmin şəxsin ölüm faktı məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda ərimin ölümü qeydə alına bilər. Məhkəmə araşdırması zamanı mərhum ərinin yas mərasimində və dəfnində iştirak edən şəxsləri şahid qismində məhkəməyə təqdim edilməsini təmin edəcəkdir. Daha sonra iddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş əri X3 31 iyul 1996-cı il tarixdə Şamaxı rayonunun Kərkənc kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, o, ərizəçinin ailəsini tanıyır, onlar qonşu olublar. Alıyev Mahmudun sürdüyü traktor aşıb, nəticədə o, yaralanıb. Evə gətirildikdən sonra evə rəhmətə gedib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, o, ərizəçinin ailəsini tanıyır, onlar qonşu olublar. O zaman xəbər yayılıb ki, Alıyev Mahmudun traktoru aşıb. Bundan sonra onu evə gətiriblər və o, evdə ölüb. Məhrum Kərkənc kənd qəbirstanlığında dəfn olunub. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir, lakin Ərizəçi nümayəndəsi Nümayəndə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, XX.XX.1938-ci il təvəllüdlü X3 31 iyul 1996-cı il tarixdə rəhmətə getməsi barədə məlumatları yoxdur. Şamaxı RMX-da 1996-cı ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X5 ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi məlum deyildir. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 1938-ci ildə anadan olmuş, xx.xx.1996-cı il tarixdə dünyasını dəyişmişdir. İş materiallarında olan Şamaxı rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1996-cı ilə aid arxiv sənədləri məhv edildiyindən X3 ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılıb-aparılmaması ilə bağlı məlumat vermək mümükün deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 31 iyul 1996-cı il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1938-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş X3 31 iyul 1996-cı il tarixdə Şamaxı rayonunun Kərkənc kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-916/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-916/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver