Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-929/2023 05.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 xx.xx.1999-cu il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Quşçu kəndində yaşayır. Onun xx.xx.1992-ci ildə Könül adlı qızı doğulmuşdur. Bu barədə xx.xx.1992-ci il tarixdə Şamaxı rayonu Quşçu kənd icra nümayəndəliyində 134 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Könülün atası o, anası X3r. Könülə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və ona bildirilmişdir ki, X4 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomaştlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsə müraciət etmiş, onlar da, arayış verib bildirmişlər ki, xx.xx.1992-ci il təvəllüdlü X7 xx.xx.1999-cu il tarixdə vəfat etməsi barədə Şamaxı RMX-na müraciət edilmədiyi üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Könülün dəfnində qohumlar, qonşular iştirak etmişdirlər. X15 rayonu, Quşçu kənd qəbrstanlığında dəfn etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X6 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X5 ifadələrində göstərdilər ki, Ərizəçi ilə X1 birgə nikahlarından xx.xx.1992-ci ildə Könül adlı övladları doğulmuşdur. xx.xx.1992-ci il təvəllüdlü X7 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və uşağı Şamaxı rayonu Quşçu kənd qəbrstanlığında dəfn etmişdirlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69- 749/2023 saylı arayışıdan görünür ki, X7 xx.xx.1992-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-Ş-103-41-999/2023 saylı arayışından görünür ki, Ərizəçi qızı – xx.xx.1992-ci il təvəllüdlü X7 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1992-ci il təvəllüdlü X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə onun xx.xx.1999-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Şamaxı rayonu Quşçu kəndində doğulmuş X4 xx.xx.1999-cu ildə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-929/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-929/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver