Məhkəmə qərarları › İş №2(074)-937/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-937/2021

09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-937/2021 09.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun X2 18 avqust 2018-ci ildə Salyan rayonunda vəfat etmişdir. Onu gətirib Şamaxı rayonundakı qəbirstanlıqda dəfn etmişlər. X2 24 fevral 2014-cü ildə Şamaxıda anadan olmuş və onun X1, anası isə Ərizəçidır. X3 29 aprel 2021-ci il tarixdə “asfiksiya” xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X2nın ölüm faktının qeydə alınmasına dair həmin şöbəyə müraciət etsə də ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək 24 fevral 2014-cü il tarixdə Şamaxı rayonunda doğulmuş X4 18 avqust 2018-ci ildə Salyan rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, X7 onun nəvəsidir. O, 2018-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Şamaxı rayonu Quşçu kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, X7 2018-ci ildə Salyan rayonunda vəfat etmişdir. Lakin onu Şamaxı rayonu Quşçu kəndinin qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından olan AZ-İİİ 334671 saylı doğum haqda şəhadətnamənin surətindən görünür ki, X7 24.02.2014-cü ildə Şamaxı rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan 02.07.2021-ci il tarixli AZ-İİ № 157934 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29.04.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28.07.2021-ci il tarixli 343 nömrəli arayışından görünür ki, Ərizəçi Şamaxı rayon Quşçu kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 27.02.2020-ci il tarixli 05/Q-150/15 saylı məktubundan görünür ki, X4 18.08.2018-ci il tarixdə Salyan rayonunda ölümünün qeydə alınması ilə bağlı müraciətə ölüm faktını təsdiq edən sənəd təqdim edimədiyi üçün ölümün qeyd alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 24.02.2014-cü il təvəllüdlü X4 18.08.2018-ci il tarixdə Salyan rayonunda ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 fevral 2014-cü il tarixdə Şamaxı rayonunda doğulmuş X4 18 avqust 2018-ci il tarixdə Salyan rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar