Məhkəmə qərarları › İş №2(074)-945/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-945/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-945/2023 17.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü bacısı İsmayılova (Eyvazova) Tünzalə İlham qızının xx.xx.2003-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Göylər kəndində yaşayır. Torpaq sahəsini yenidən qeydiyyata aldırmaq üçün, daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmişdir. Orada xx.xx.2003-cü il tarixdə vəfat etmiş bacısı Tünzalənin ölümü barədə sənəd tələb olunmuşdur. Həmin sənəd olmadığından, Qeydiyyat şöbəsinə müraci etmişdir. Qeydiyyat şöbəsində isə ona bildirilmişdir ki, Tünzalənn ölüm qeydiyyatı aparılmamış və hazırda da, tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadan, bu qeydiyyatın aparılması mümkün deyildir. Bacısı İsmayılova (Eyvazova) Tünzalə İlham qızı xx.xx.1984-cü il tarixdə doğulmuşdur. xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Göylər kənd qəbrstanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. Onlar da, təsdiq edə bilərlər ki, İsmayılova (Eyvazova) Tünzalə İlham qızı həqiqətən xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X1 İsmayılovanın bacısı İsmayılova (Eyvazova) Tünzalə İlham qızının həqiqətən xx.xx.1984-cü il tarixdə doğulduğunu, xx.xx.2003-cü il tarixdə isə vəfat etməsini və Şamaxı rayonu, Göylər kənd qəbrstanlığında dəfn olunmasını təsdiq etmişdirlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X5 ölüm faktının müəyyən olunmasına dair verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü ildə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş İsmayılova (Eyvazova) Tünzalə İlham qızına Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Göylər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 313 saylı arayışından görünür ki, Ərizəçi bacısı İsmayılova (Eyvazova) Tünzalə İlham qızı xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Şamaxı rayonunun Göylər kənd qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx.xx.2002-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra, ərə “Eyvazov”, arvada “Eyvazova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İsmayılova (Eyvazova) Tünzalə İlham qızının ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü İsmayılova (Eyvazova) Tünzalə İlham qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə İsmayılova (Eyvazova) Tünzalə İlham qızının xx.xx.2003-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü İsmayılova (Eyvazova) Tünzalə İlham qızının xx.xx.2003cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar