Məhkəmə qərarları › İş №2(074)-96/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-96/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-96/2022 18.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1962-ci il tarixdə Şamaxı rayonu Avaxıl kəndində anadan olmuş X6 17 sentyabr 1991-ci il tarixdə Avaxıl kəndində ölməsi faktının müəyyən olumasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3ndan ev miras qalmışdır. Vərəsəlik şəhadətnaməsi almaq istəyir. Bunun üçün vərəsələrin, o cümlədən 17.09.1991-ci il tarixdə vəfat etmiş X1nun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm akt qeydinin aparılması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş. Ona bildirilib ki, ölüm barədə tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığından ölümün qeydiyyata alınması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X1 12 avqust 1962-ci il tarixdə Şamaxı rayonu Avaxıl kəndində anadan olmuş, 17 sentyabr 1991-ci il tarixdə vəfat etmiş, Avaxıl kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi Ərziman adlı bir qardaşı olmuş, o, da 1991-ci ildə dünyasını dəyişmişdir. Yas və dəfn mərasimində özü iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, Avaxıl kəndində yaşayır. X10 1991-ci ildə xəstə olduğundan vəfat etmişdir. Ərziman kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, Avaxıl kəndində yaşayır. Ağagülün X1 xəstəlik səbəbindən 1991-ci ildə Avaxıl kəndində vəfat etmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 28.09.2021-ci il tarixli 05/Q-1033/15 saylı arayışından görünür ki, X10 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 28.09.2021-ci ilədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarından olan 05.10.2021-ci il tarixli 05/Q-896/69 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X10 12 avqust 1962-cı ildə Şamaxı rayonu, Avaxıl kəndində doğulmuşdur. X3 oğlu, anası X13r. İş materiallarından olan 05.10.2021-ci il tarixli 106 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1956-cı ildə Şamaxı rayonu, Avaxıl kəndində doğulmuşdur. X3 oğlu, anası X13r. İş materiallarında olan 09.10.2021-ci il tarixli Şamaxı rayon İHB-nin Avaxıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aktından görünür ki, X7, X11, X4 və Ərizəçi X6 17 sentyabr 1991-ci ildə vəfat etməsini və Avaxıl kəndində dəfn olunmasının doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 12.10.2021-ci il tarixli 106 saylı Şamaxı rayon İHB-nin Avaxıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Şamaxı rayonu, Avaxıl kənd sakini X10 17.09.1991-ci il tarixində vəfat etmişdir. Şamaxı rayonu, Avaxıl kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı RMX publik hüquqi şəxsin 07.12.2021-ci il tarixli 3982 saylı arayışından görünür ki, X2 RMX-na hər hansı xəstəliklə əlaqədar olaraq heç bir müayinə və müalicə üçün müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X1nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 17 sentyabr 1991-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 avqust 1962-ci il tarixdə Şamaxı rayonu, Avaxıl kəndində doğulmuş X6 17 sentyabr 1991-ci il tarixdə Şamaxı rayonu, Avaxıl kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar