Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-960/2024 15.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X22 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Khatıra Pashaevanın iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1934-cü ildə Ermənistanın Stepanovan rayonu Kuybışev kəndində doğulmuş X3 16 fevral 1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu Kuybışev kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ermənistanın Stepanovan rayonunda doğulmuşdur. 1964-cü il tarixdə X5 ilə ailə həyatı qurmuş, nikahı isə Ermənsitanın Stepanovan rayonunda rəsmiləşdirilmiş və müvafiq nikah haqqında şəhadətnamə verilmişdir. Həyat yoldaşı X5 xx.xx.1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu, Kuybışev kəndində vəfat etmişdir. Məlum hadisələrdən sonra Azərbaycanda qaçqın kimi qeydə alınmışdır. Hal-hazırda sənədləşmələrdə ərinin ölüm şəhadətnaməsi tələb olunur. Həmin ölüm şəhadətnaməsinin başqa cür əldə edilməsi qeyri-mümkündür. Qeydiyyat şöbəsinə, Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, onlara məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərinin ölməsi həmin dövrlərdə Ermənistanın Stepanovan rayonunda yaşamış qonşu qohumları təsdiq edə bilər. Bununla bağlı Günəşli kəndində akt tərtib olunmuşdur. Ərinin ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada da ala bilmir. X2 xx.xx.1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu, Kuybışev kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Şahidləri var, həmin şahidlərin dəvət edilərək, dindirilməsi zərurəti yarandığı təqdirdə, onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Khatıra Pashaeva ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X9 ifadələrində bildirdilər ki, onlar Ərizəçi ilə həmkəndlidirlər, Ermənistanda qonşu olublar, 1989-cu ildə isə qaçqın kimi Azərbaycana köçüb, Şamaxı rayonunda məskunlaşmışlar. Həqiqətən də, Ərizəçi X2 16 fevral 1974-ci ildə Ermənistanın Stepanovan rayonunun Kuybışev kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X11 10 iyul 1967-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 16 may 2024-cü il tarixli 18-1-72/2-S-6xx-xx-1183/2024 saylı arayışdan görünür ki, 14 sentyabr 1934-cü il təvəllüdlü X3 vəfat etməsi barədə Şamaxı RMX-da heş bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs 15 may 2024-cü il tarixli arayışından görünür ki, X3 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olmadı. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixdə Şamaxı rayonu Günəşli kəndində imzalanmış aktdan görünün ki, X6, X12, X7, X15 və Ərizəçi X1 1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu Kyubişev kəndində vəfat etməsini təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 22 iyul 2024-cü il tarixli 3-36-3/2-2673/2024 saylı məktubunda göstərilir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən Ermənistan Respublikasından qaçqın düşmüş vətəndaşların ilkin qeydiyyata alınması yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmiş və onlar həmin rayonlar üzrə daimi qeydiyyata götürülmüşlər. Məktubda adı çəkilən vətəndaş Ərizəçi daimi pasport qeydiyyatı Şamaxı rayonu Günəşli kəndi (keçmiş Saqiyan) olduğu üçün qeyd olunan məsələ ilə bağlı Şamaxı rayon icra hakimiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nın Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 avqust 2024-cü il tarixli 5-75-27/2-70/2024 saylı məktubinda göstərilri ki, Şamaxı rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan Ərizəçi 1989-cu ildə Ermənistandan qaçqın düşən zaman heç bir ailə üzvü onunla birlikdə Azərbaycan Respublikasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 16 fevral 1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu Kuybışev kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1934-cü ildə Ermənistanın Stepanovan rayonu Kuybışev kəndində doğulmuş X3 16 fevral 1974-cü il tarixdə Ermənistanın Stepanovan rayonu Kuybışev kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-960/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-960/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver