Məhkəmə qərarları › İş №2(074)-973/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-973/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-973/2025 15.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması haqqında xüsusi icraat qaydasında ərizəsi mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu ildə Şamaxı rayonu Hacıqədirli kəndində anadan olmuş X1 25 avqust 1994-cü ildə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 1929-cu ildə Şamaxı rayonu Hacıqədirli kəndində anadan olmuş və 25 avqust 1994-cü ildə Şamaxı şəhərində vəfat etmişdir. Hazırda evləri ilə bağlı sənədləşdirmə işlərində atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, orada ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ona rəsmi qaydada bildirilmişdir ki, Şamaxı RMX-da 1994-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə aid ölüm haqqında şəhadətnamənin verilib-verilməməsi məlum deyil. Atasının dəfnində qohumlar, qonşular da, iştirak etmişdir. Atasının ölümü barədə şəhadətnamə almaq başqa qaydada mümkün deyildir. Məhkəmə iclasında ərizəçi X6 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X12 ifadələrində bildirdilər ki, onlar ərizəçi X7 ilə qonşudurlar, Nisənin atası 1994-cü ilin avqust ayında Şamaxı şəhərində vəfat etmiş və onlar dəfndə və yas mərasimində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 23 aprel 2025-ci il tarixli 3-165/8-15- 320/2025 saylı məktubunda göstərilir ki, X1 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 aprel 2025-ci il tarixli arayışında göstərilir ki, Şamaxı RMX-da 1994-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, X3 aid ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi məlum deyildir. İş materiallarından görünür ki, X5 1929-cu ildə Şamaxı rayonu Hacıqədirli kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi atasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 25 avqust 1994-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1929-cü ildə Şamaxı rayonu Hacıqədirli kəndində doğulmuş X1 25 avqust 1994-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar