Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-997/2024 01.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuş oğlu X4 xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 dekabr 1992-ci il tarixdə övladı X9 vəfat etmişdir. Lakin, bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə, onun üçün ölüm haqda şəhadətnamə ala bilmir. Ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, o, X10 ilə rəsmi nikaha daxil olmuş və bu nikah 13 nömrə ilə qeyd edilmişdir. X11 ilə onun nikahından 03 mart 1992-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 adında övladı doğulmuşdur. Ona Şamaxı Rayon X7 Hüquqi Şəxsindən verilmiş 14 may 2024-cü il tarixli arayışda yazılmışdır ki, onun xx.xx.1992-ci il təvəllüdlü övladı X9 həqiqətən xx.xx.1992-ci il tarixdə vəfat etmiş, lakin Şamaxı RMX-da 1992-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi məlum deyildir. Bundan başqa, vəfat etmiş övladı X4 ölüm haqda şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Ona Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixili cavab məktubunda yazılmışdır ki, mərhum övladı X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktı aşkarlanmamışdır. Maraqlı şəxs tərəfindən buna görə məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Hal-hazırda məhkəməyə müraciət etməkdə məqsədi ondan ibarətdir ki, ailə üzvlərinə məxsus daşınmaz əmlakı sənədləşdirmək istəyərkən, o cümlədən, ünvanlı dövlət sosial yardımı almaq üçün, müvafiq sənədləşdirmə aparmaq istəyərkən, X1 mərhum övladı xx.xx.1992-ci il təvəllüdlü X9 vəfat etməmiş kimi görünür. Bu isə qeyd etdiyi sənədləşmə işlərində ona həlli mümkün olmayan problem yaratmışdır. O, övladı X4 ölüm haqda şəhadətnaməsini başqa heç bir qaydada ala bilmir. Odur ki, ərizəsində qeyd etdiyi çətinliklərin aradan qaldırılması üçün xüsusi icraat qaydasında məhkəmə qətnaməsinə ehtiyacı olduğunu göstərərək, xx.xx.1992-ci il təvəllüdlü oğlu X4 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur və uzun müddətdir ki, qonşuluq münasibətlərindədirlər. Həqiqətən də, ərizəçinin xx.xx.1992-ci il tarixdə Tural adlı oğlu doğulmuş və həmin ilin qış aylarında, körpə yaşında vəfat etmişdir. Vəfat edən uşaqla bağlı məlumatı olmuş və o, uşağın yas mərasimində də, iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun 30 illik qonşusudur və uzun müddətdir ki, qonşuluq münasibətlərindədirlər. Ərizəçinin 5 övladı olmuşdur. Onlardan ikisi oğlan və üçü isə qız uşaqları idi. Lakin, bu uşaqlardan ərizəçinin xx.xx.1992-ci il tarixdə doğulmuş Tural adlı oğlu həmin ilin qış aylarında, körpə yaşında vəfat etmişdir. Vəfat edən uşaqla bağlı məlumatı olmuş və o, uşağın yas mərasimində də, iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 mart 1992-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. İş materiallarında olan Şamaxı Rayon X7 hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-da 1992-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs 08 may 2024-cü il tarixli, 3-165/8-15-540/2024 saylı məktubunda göstərilir ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi oğlunun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuş X4 xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 20 fevral 1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X5 15 dekabr 1992-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-997/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-997/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver