Məhkəmə qərarları › İş №2(074)-998/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-998/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-998/2025 10.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il tarixdə Şamaxı rayonunda doğulmuş atası X3 xx.xx.1998-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası xx.xx.1935-ci il təvəllüdlü X5 xx.xx.1998-ci il tarixdə rəhmətə getmiş, Şamaxı şəhəri, Yeddi Günbəz qəbiristanlığında dəfn ediblər. Buna dair Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin 27 dekabr 2023-cü il tarixli 41 saylı arayışını işə əlavə edib. Qəbrin fotoşəkilini, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının arayışı, Maraqlı şəxs arayışın ərizəyə əlavə edib. Hal-hazırda sənədləşmə işləri ilə bağlı atasının ölüm şəhadətnaməsi ondan tələb olunur. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də Şamaxı Rayon Mərkəzi Xəstəxanası ərizəsinin icrasından imtina edib. Daha sonra Maraqlı şəxsnə müraciət edib və Qeydiyyat Şöbəsi imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə edib. Belə ki, atası 02 may 1935-ci il təvəllüdlü X5 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, Şamaxı şəhəri, Yeddi Gümbəz qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada da ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək dindirilməsi zərurəti yarandığı təqdirdə onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur. Onun atası çoban olub, xəstələnib ölüb. Öz evində vəfat edib. O vaxt Təcili Yardım çağırılmırdı. Yeddi Günbəz qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verib bildirdi ki, ərizəçi onun dayısı oğludur. O, Şamaxıda ölüb. Təcili Yardım çağırılmayıb. Qəfil vəfat edib. Yeddi Günbəz qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, ərizəçinin atası qəfil vəfat edib. Təcili Yardım çağırılmayıb. Yeddi Günbəz qəbiristanlığında dəfn edilib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X6 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 02 noyabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X19 13 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası xx.xx.1935-cı il təvəllüdlü X5 xx.xx.1998-cü il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayonunun Şəhriyar Bələdiyyəsinin 27 dekabr 2023cü il tarixli, 41 saylı arayışından görünür ki, Ərizəçi atası X1 rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub. İş materiallarında olan X17 filialının 15 fevral 2024-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs Dövlət Arxivi Şamaxı filialında saxlanılan 1935-1947-ci illərin doğum haqqında aktların bərpa kitablarında X4 doğumu aşkar olunmayıb. İş materiallarında olan АЗ № ******* saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı ildə anadan olmuşdur. X2, anası isə Mehraliyeva Bikədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 25 dekabr 1998ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 may 1935-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 25 dekabr 1998-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar