Məhkəmə qərarları › İş №2(075)-102/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-102/2021

06.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-102/2021 06.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən payının müəyyən edilərək naturada bölünməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan evdən payına düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin artırılmasına dair ərizə təqdim edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən onun ½ pay hüququnun müəyyən edilməsi və həmin hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi onun və qardaşı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. Lakin o, sözügedən əmlakdan payına düşən hissəni sənədləşdirə bilmir. Buna görə də o, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən onun ½ pay hüququnun müəyyən edilməsi və həmin hissənin naturada ayrılaraq ona verilməsini istəyir. İddianı müdafiə edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X3 izahat verərək göstərdi ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi iddiaçının və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. Göstərmişdir ki, işdə olan ekspert rəyindən də görünür ki, mbahisə predmeti olan fərdi yaşayış evinin bölünməsi texniki cəhətdən mümkün deyil. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət retestrindən Seriya MA ******* nömrəli çıxarış və fərdi yaşayış evinin torpaq sahəsinin planının təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2011-ci il tarixli, 4521 nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X4 və Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 10/4166 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evində yalnız bir yaşayış otağının olmasını, fərdi yaşayış evinin üç tərəfdən qonşu evlərlə və bir tərəfdən yol ilə əhatə olunduğunu, həyətyanı sahədə tikililərin inşa edildiyini, fərdi yaşayış evinin tərkibində olan kommunal xıdmətli sahələri (mətbəx dəhliz, və s.) yeganə olduğuna gorə X6 2.08.01.89*-nun 1.1., 2.2., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatındəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərindədir. İddiaçı paylı mülkiyyətdə olan əmlakdan öz payının müəyyən edilməsi və naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etməklə iddianı müdafiə etmişdir. Cavabdeh isə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı paylı mülkiyyətdə olan evin ½ pay hüququ ilə onun ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ayrılaraq ona verilməsi xahiş etsə də məhkəməyə təqdim edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə mübahisə predmeti olan əmlakın ½ pay hüququ ilə onun ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ayrılaraq ona verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza rəyində mübahisə predmeti olan əmlakın ½ pay hüququ ilə iddiaçının ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ayrılaraq ona verilməsinin mümkün olmadığı göstərilməsinə baxmayaraq iddiaçının özü tərəfindən də ona məxsus payın naturada ayrılmasının mümkünlüyünü təsdiq edə biləcək digər hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı aid pay ½ hissədə müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı aid pay ½ hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiаçı İddiaçı dövlət büdcəsinə ödədiyi 10 mаnаt dövlət rüsumu оnun özünə аid edilsin. 50 manat ekspertiza xərci İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar