Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1023/2020 12.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, maraqlı şəxs: Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində yaşamış və xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş övladı X7 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Lakin Ərizəçi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və işə mövcud sübutlar əsasında baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Ərizəçi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci il tarixdə X8 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların altı uşağı anadan olmuşdur. Həmin uşaqlardan biri üç, digəri isə səkkiz yaşından sonra vəfat etmişdir. O, artıq pensiya yaşına çatmışdır. Qanunvericiliyin tələblərinə əsasən pensiya yaşına çatmış şəxslərə pensiya təyin edilərkən beşdən artıq uşağa 8 yaşdan yuxarı baxan şəxslərə güzəştlər tətbiq edilir. Onun xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş uşağı X16 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. X2 Şəki rayonu Baş Göynül kəndində yerləşən qəbiristanlığında dəfn etmişlər. Özünə pensiya təyin edilməsi üçün lazımi sənədləri hazırlayarkən X2n ölüm şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. X7 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin uşağın ölümü barədə Şəki rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmamış və bu barədə həmin şöbə tərəfindən müvafiq arayış verilmişdir. Ora görə də X7 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X11 göstərdi ki, Ərizəçi Şəki rayonu Baş Göynük kəndində yaşamış və xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş övladı X7 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi tələbi məhkəməyə müraciət etmişdir. Ərizəçi Şəki rayon qeydiyyat şöbəsinə zəruri sənədləri təqdim edəcəyi halda ona ölüm haqqında şəhadətnamə verilə bilər. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Mülki iş materiallarını araşdırıb, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslı deyildir. Belə ki, faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. X8 ilə Ərizəçi nikahlarından İlqar adlı uşaqları dünyaya gəlmişdir. Lakin uşaq 10 yaşına çatmamış, təxminən 1996-cı il tarixdə vəfat etmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 digər şahid X1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-698/70 nömrəli arayışdan görünür ki, X7 1993-1999-cu illər üzrə arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-735/15 nömrəli arayışdan görünür ki, X7 ölümünün qeydə alınması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan xx xxxx 1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X5 arasında xx xxxx 1981-ci il tarixdə bağlanmış nikah 12 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdə olan xx xxxxxxx 1985-ci il və xx xxxxxxxx 1988-ci il təvəllüdlü doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxxx 1985-ci il təvəllüdlü X12 və xx xxxxxx 1988-ci il təvəllüdlü X7 atası X8, anası Ərizəçidır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X18 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2066 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1988-ci ildə anadan olmuş Şəki rayonu Baş Göynük kənd sakini mərhum X7 Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və 1996-cı ildə ölməsi ilə bağlı həm “Şəki RMX” publik hüquqi şəxsində, həm də Baş Göynük KHM-də hər hansı araşdırılma sənədi qeydə alınmamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-1044/13 nömrəli məlumatdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx xxxxxx 1988-ci il təvəllüdlü X16 barəsində övladlığa götürmə haqqında və soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 65 nömrəli məlumatdan görünür ki, nümayəndəlikdə yalnız 2011-ci ildən sonrakı təsərrüfatbaşına kitablar saxlanıldığından Şəki rayonu Baş Göynük kənd sakini Ərizəçi yaşadığı evin təsərrüfatbaşına kitabda onun vəfat etmiş övladı barəsində hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 144 nömrəli məlumatlardan görünür ki, Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabında xx xxxxxx 1988-ci il təvəllüdlü X16 ailə üzvü kimi göstərilmişdir. Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illər üzrə təsərrüfatbaşına kitabında X16 ailə üzvü kimi göstərilməmişdir. Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X16 ailə üzvü kimi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndinə görə ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Ərizəçinin əvvəlki məhkəmə iclasında verdiyi izahatdan və işə əlavə edilmiş sənədlərdən görünür ki, X8 ilə Ərizəçi xx xxxx 1981-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxx 1988-ci il tarixdə İlqar adlı uşaqları dünyaya gəlmişdir. Lakin uşaq daha sonra vəfat etmiş, bu barədə hər hansı ölüm qeydi aparılmamışdır. Məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin müxtəlif illərə aid təsərrüfatbaşına kitablarından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı xx xxxxxx 1988-ci il təvəllüdlü X7 müvafiq təsərrüfatbaşına kitablarda 1986-1990-cı illər üzrə ailə üzvü kimi göstərildiyi, 1991-1995-ci və 1996-2000-ci illər üzrə ailə üzvü kimi göstərilmədiyi aşkar edilmişdir. Ərizədə qeyd edilən halların təsdiq edilməsi üçün Ərizəçi sübutlarını məhkəməyə təqdim etməsi dəfələrlə təklif olunmuş, ərizəçi heç bir sübutu olmadığını, işə təqdim etdiyi mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər isə X7 vəfat etmə tarixi barədə dəqiq fikir ifadə edə bilməmişlər. Göründüyü kimi xx xxxxxx 1988-ci il təvəllüdlü X7 ölüm qeydinin ölümün əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmadığından bərpası mümkün deyil. Bundan başqa müvafiq sənədlər üzrə İlqar Babayevin xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi sübut olunmur. Odur ki, X7 ölüm faktının müəyyən olunması qanunvericiliyə ziddir. Buna görə də ərizəçinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən Ərizəçi Şəki rayonu Baş Göynük kəndində yaşamış və xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş övladı X7 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ərizə təmin edilmədiyinə görə Ərizəçi ödədiyi 10 manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.3, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizəçi “Şəki rayonu Baş Göynük kəndində yaşamış və xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş övladı X7 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1023/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1023/2020
12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver