Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1130/2021 22.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25.07.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş oğlu X2 16.11.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 25.11.1983-cü il tarixdə X10 il nikah bağlamaqla ailə qurmuşlar. Bu nikahdan Nişanə, Çinarə, Fərid və Rəşid adlarında uşaqları olmuşdur. 25.07.1995-ci il təvəllüdlü oğlu Fərid 16.11.1995-ci il tarixdə yaşadığı Şəki rayonu Çayqaraqoyunlu kəndində evdə vəfat etmişdir. Lakin laqeyidlik edərək həmin dövrdə ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, ona 18.05.2021-ci il tarixli 05/Q-1952/15 saylı məktubla izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ölümün qeydiyyatı mümkün deyildir və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Göstərmişdir ki, 1997-ci ildə Aqrar İslahatı nəticəsində Çayqaraqoyunlu kəndində ona və ailə üzvlərinə 3.57 ha torpaq sahəsi ayrılmış və buna dair Dövlət aktı verilmişdir. Dövlət aktında həmin zaman vəfat etməsinə baxmayaraq övladı Fəridin də adı qeyd edilmişdir. O, və ailəsi uzun zaman buna fikir verməmişlər. Hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqi sənədləşmə etmək istəmişdir. Lakin ondan Fəridin ölüm şəhadətnaməsi tələb olunmuşdur. Torpaq sənədlərinin rəsmiləşdirilməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsi notariat əməliyyatları üçün zəruri olduğundan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Ərizəçi həm əmisi oğlu, həm də qonşusudur. Rafiqin Nişanə, Çinarə adlı 2 qızı, Fərid və Rəşid adlı 2 oğlu dünyaya gəlmişdir. Qızları Nişanə və Çinarə ailəlidirlər. Rəşid isə Fəriddən sonra anadan olmuşdur. Fərid təxminən 1995-ci ilin yay aylarında anadan olmuş və az müddət yaşadıqdan sonra həmin ilin təxminən noyabr ayında dünyasını dəyişmişdir. Yas mərasimi keçirilməmiş, lakin Rafiqin evlərinə gedərək başsağlığı vermişlər. Həmçinin uşaq dünyasını dəyişərkən çox kiçik olduğundan ona baş daşı abidəsi qoyulmamışdır. Fərid Şəki rayonunun Çayqaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X4 da şahid X1 ilə eyni məzmunda ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 05/Q-400/70 nömrəli doğum haqqında arayışdan görünür ki, X11 25.07.1995-ci ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X5r. İşdə olan 05/Q-403/70 nömrəli arayışdan görünür ki, X11 barəsində Maraqlı şəxs arxivində (1992-1998-ci illər üzrə) ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan JN-0008, KOD 40402058 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Ərizəçi, X10, X6, X7 və X8 cizgidə göstərilən sərhəd daxilində 3,57 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X11 Ərizəçi oğludur. Ərizəçinin övladı X11 16.11.1995-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 25.07.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş X2 16.11.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 25.07.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş X2 16.11.1995-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1130/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1130/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver